Belçikada qazon sulayanlar cərimə olunacaq
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Şima kommunasında qazon sulamağa və hovuz doldurmağa görə cərimə tətbiq olunmağa başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qaydaları pozanlar 350 avro cərimə ediləcəklər.
Ümumiyyətlə, Belçikanın 10 fərqli kommunasında bu tip qadağalar bir müddətdor ki, qüvvədədir. Səbəb isə anomal istilər üzündən su qıtlığının yaranmasıdır. Amma Şimada vəziyyət daha qəlizdir.
Kommuna burqomistri Tanqi Dardennin bildiriyinə görə, qrunt sularının səviyyəsi kritik səviyyəyə enib. Bu üzdən sözügedən qadağalar tətbiq olunub və azı avqustun 31-ə kimi qüvvədə qalacaq.
Qeyd edək ki, bənzər qadağalar Sloveniyada da tətbiq olunmağa başlanılıb. Belə ki, ölkənin 16 əyalətində bağ və qazonları sulamaq, hovuzları doldurmaq, avtomobilləri yumaq yasaqlanıb.
L.Tağıyeva
Baxış sayı:52
Bu xəbər 12 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















