Icma.az
close
up
RU
“Belə tədbirlərdə təhlükəsizlik məsələsi böyük əhəmiyyət daşıyır”Arzu Nağıyev

“Belə tədbirlərdə təhlükəsizlik məsələsi böyük əhəmiyyət daşıyır”Arzu Nağıyev

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan COP29 kimi beynəlxalq səviyyəli daha bir möhtəşəm tədbirə ev şahidliyi etdi. COP29-un işində 72 min nəfərdən artıq şəxsin qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin rəhbərlik səviyyəsində təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə bir böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, belə tədbirlərdə təhlükəsizlik məsələsi də çox böyük əhəmiyyət daşıyır və bir neçə aspekti əhatə edir: “Fiziki təhlükəsizlik, kibertəhlükəsizlik, sağlamlığın qorunması, keçirilə biləcək dinc aksiyalarda təhlükəsizlik tədbirləri, logistika və nəqliyyat.
1.Fiziki təhlükəsizlik: tədbir vaxtı yüksək profilli şəxslər, o cümlədən dövlət və hökumət başçılarının qorunması ,o cümlədən bütün iştirakçıların yoxlanılmasını, yerlərin təhlükəsizliyini, əsas obyektlərə və tədbirlərə girişi əhatə etdiyinə görə ən yüksək səviyyədə təşkil edildi. Burada PTX, DTX, DİN, DSX, FHN, Gömrük Komitəsi, ümumiyyətlə bir sözlə aidiyyatı olan bütün qurumlar öz işini yüksək səviyyədə qurdu.
2.Kibertəhlükəsizlik: COP29 ərəfəsində və keçirilən vaxt tədbirlər və çıxışlar hakerlərin və kibercinayətkarların da diqqətini cəlb edirdi. Kiberhücumlardan qorunmaq üçün rabitələri və sistemləri qorumaq üçün xüsusi təhlükəsizlik protokolları yaradıldı və həyata keçirildi. COP29-un əsas və ehtiyat data mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Məlumat Mərkəzində yerləşdirildi. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşdı. COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirdi.
3.Sağlamlığın qorunması: məlumdur ki, Pandemiya və ya epidemiyalar zamanı iştirakçıların sağlamlığı prioritet məsələyə çevrilir. Xəstəlik testi, sağlamlıq qaydaları və səhiyyə xidmətlərinin əlçatanlığı daxil olmaqla sağlamlıq tədbirləri COP29-da öz həllini tapdı.
4.İqlim dəyişikliyi ilə əlaqədar keçirilə biləcək dinc aksiyalara qarşı tədbirlər də əvvəlcədən ehtimal olunduğundan təhlükəsizlik xidməti, həmçinin digər hüquq mühafizə orqanlarının iştirakı da yüksək səviyyədə təmin olundu.
5. Logistika və nəqliyyat: COP29-da təhlükəsizlik həm də təhlükəsiz nəqliyyat infrastrukturundan, iştirakçıların və işçilərin hərəkəti düzgün təşkilindən, habelə yaşayış yerlərində təhlükəsizlikdən asılıdır. Buna cavabdeh nəqliyyat strukturları da Metropolitendə daxil olmaqla öz işlərini yüksək səviyyədə qura bildi.
Bir sözlə COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi bütün beynəlxalq standartlara uyğun olaraq təşkilatşılaıq məsələsinin ən vacib elementindən olan olan təhlükəsizlik təddbirlərini yüksək səviyyədə həyata keçirdi. Bütün dünya etiraf etdi ki, biz, COP29-u ən yüksək səviyyədə təşkil etdik və bu onu da göstərdik ki, cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə birlikdə həyata keçirdiyi daxili və xarici siyasət müstəqil və davamlıdır...”.

Xalqcəbhəsi.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri