Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb kameralar quraşdırılıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan veb-kameralarla müşahidə önəmlidir:
"İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə 2008-ci ildən ölkəmizdə uğurla həyata keçirilən layihədir.
Keyfiyyətli və vasitəsiz yayım üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərində məntəqələrdə veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. 89 seçki məntəqəsinin məlumatlarında dəyişikliklər olub.
62 seçki məntəqəsinin nömrəsində dəyişiklik edilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















