Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri yeni uğurun təntənəsi olacaq TƏHLİL

Bələdiyyə seçkiləri yeni uğurun təntənəsi olacaq TƏHLİL

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə sayılı günlər qalır. Yanvarın 29-da baş tutacaq seçkilərdə seçicilər məntəqələrə gedərək istədiyi namizədə səs verəcək və dəstək qazanan şəxs 5 il müddətinə bələdiyyə üzvü olaraq fəaliyyət göstərəcək. Bələdiyyə üzvlüyünə namizədlərin sayının çox olması rəqabətin gözlənildiyi kimi çətin və maraqlı diskussiya şəraitində keçməsini şərtləndirən əsas amillərdəndir. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənah bildirib ki, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək və həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. M.Pənahov qeydə alınan namizədlərin 23 siyasi partiyanı təmsil etdiyini bildirib. MSK sədri həmçinin bələdiyyə seçkilərində 66 mindən artıq müşahidəçinin akkreditasiyadan keçdiyini də bildirib.

MSK-nın saytında yerləşdirilən məlumata görə, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək. Heç şübhəsiz ki namizədlərin sayının çox olması və rəqabətin gərgin xarakter alması seçicilərin seçim etməsində çətinlikləri aradan qaldırmasına şərait yaradır. Hansı namizəd daha fəal və əsaslı platforma ilə çıxış edə bilirsə seçici də ona dəstək olmaq haqqında düşünür. Bu baxımdan demək olar ki, bələdiyyə seçkiləri əvvəlki bələdiyyə seçkilərindən bir qədər fərqli formada keçir. Yəni 23 siyasi partiyanın da qatıldığı seçkilərdə uğur və qələbə daha layiqlilərin olacaq.

Yanvarın 6-dan bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayıb. Bu məsələ “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. Qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır

Söz yox namizədlərin sayının çox olması və rəqabətin gərgin keçməsi demokratiyanın təntənəsi hesab olunur. Digər tərəfdən seçkilərdə kimin qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq qazanan yenə də müstəqil demokratik Azərbaycanımız olacaq. Bu seçki yarışması ölkəmizin demokratik imicini daha da möhkəmləndirəcək və zənginləşdirəcək.

Mövcud fakt ondan ibarətdir ki, MSK seçkilərin ən yüksək səviyyədə və həyata keçilməsini təşkil edir. Artıq 1000-ə yaxın seçki məntəqəsinə veb -kameralar quraşdırılıb. Bu da seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər.

Səsvermə günü aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub

Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. Baxış prosesində MSK sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak edib. Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb. Daha sonra MSK-da jurnalistlər üçün keçirilən brifinqdə bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub.

Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır

Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.

Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ - aktiv seçki hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur.

Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəaliyyəti ilə məşğul olduqları müddətdə) bələdiyyə üzvü ola bilməzlər.

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.

Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Bütün bu və digər qanunvericilik aktları bələdiyyələrin yüksək səviyyədə təşkilinə və həyata keçirilməsinə imkanlar yaradır. Artıq qəbul edilən mükəmməl qanunvericilik aktları əsasında 1999-cu ilin dekabrın 12-dən başlayaraq ölkə üzrə 2004, 2009, 2013, 2019-cu illəri əhatə etməklə azad, demokratik formada bələdiyyə seçkiləri keçilib. 2025-ci ilin yanvarın 29-da keçiləcək bələdiyyə seçkiləri seçki prosesinə yeni ab-hava gətirməklə yanaşı, əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşmasına, ərazilərin quruculuq -abadlıq işlərinin daha da genişləndirilməsi əhəmiyyətli töfhələr vermiş olacaq.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri