Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri yeni zəfərin növbəti təntənəsi olacaq

Bələdiyyə seçkiləri yeni zəfərin növbəti təntənəsi olacaq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qəbul edilən hər bir qanun və ya qərarlar insanların daha yaxşı, firavan, təhlükəsiz yaşamasına hesablanıb. Bu baxımdan Azərbaycan dünya miqyasında sabitlik adası olaraq tanınır və qəbul edilir. Məhz qazandığı uğurların, qələbələrin kökündə hüquqi demokratik prinsiplərə sədaqətli olması dayanır. Hər yeni gündə Azərbaycan yeni-yeni parlaq uğurları ilə dostları sevindirib, düşmənlərin bağrını yarır. Qazandığı inama və etimad səbəbindən dünyanın əksər ölkələri, eləcə də aparıcı beynəlxalq təşkilatlar ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığa can atırlar. Ona görə də, bu gün ölkəmiz ən çox əməkdaşlıq əlaqələrinə malik dövlətlərdən hesab edilir. Təbii ki, ölkəmizə olan inam və etimadın əsas amillərdən bir də Azərbaycanın seçkilərə xüsusi önəm verməsi və azad şəffaf seçkilərin keçirilməsi üçün qətiyyətli addımlara atması, prinsipial işlər həyata keçirməsidir. Dəfələrlə seçkiləri müşahidə etmək üçün ölkəmizdə olmuş xarici dövlətlərin və beynəlxalq müşahidəçiləri seçkilərin nümunəvi bir şəkildə baş tutduğunu qeyd edirlər. Seçkilərin azad və demokratik keçirilməsini şərtləndirən əsas amillər sırasında dövlətin qətiyyəti, xalqın iradəsidir. Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bir neçə dəfə Seçki Məcəlləsi üzərində təkmilləş işi aparılıb və vacib sənədlər qəbul olunub. Ölkəmizdə keçilən seçkilər Azərbaycan qanunvericiliyinə və Seçki Məcəlləsinə əsaslanır. Hər bir seçki xalqın iradəsinə uyğun keçilməsi ölkəmizin dünya miqyasında hörmətinin və nüfuzunun artmasına əhəmiyyətli təsir göstərib. Bu günə qədər hər hansı bir ciddi beynəlxalq təşkilat və ya ölkə nümayəndəsi Azərbaycanda keçilən seçkilərlə bağlı mənfi rəy bildirməyib. Görünən və məlum olan fakt ondan ibarətdir ki, seçkiləri yaxından izləmiş istənilən dövlətin və ya beynəlxalq təşkilatın müşahidəçisi ümumxalq tədbirlə bağlı özünün müsbət fikirlərini səsləndirib, açıqlamalarını yayıb. 2024-cü ilin sentyabrın 1-də baş tutan parlament seçkiləri ilə bağlı yerli və xarici müşahidəçilərin birmənalı mövqeyi ondan ibarət oldu ki, seçkilər xalqın iradəsi əsasında, azad və demokratik şəkildə baş tutdu. Parlament seçkilərinin qürurverici məqamları ondan ibarət oldu ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Yəni işğaldan azad edilən ərazilərdə seçki məntəqələri yaradıldı və seçicilər yüksək fəallıq göstərməklə istədikləri namizədə səs verdilər.

Yeni, azad, demokratik seçkilərə doğru

Şərəfli, qürur yaradan, fəxr edilən proseslər yanvarın 29-da keçiləcək bələdiyyələrə seçkilərdə bir daha təkrarlanacaq. Daha doğrusu, artıq ölkəmizin hər yerində bələdiyyə seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, onların təbliğat-təşviqat kampaniyası böyük coşqu və bayram əhvali-ruhiyyəsi ilə aparılır. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə “Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan başlayan seçkiqabağı təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək. Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını da açıqlayıb. Bu isə o deməkdir bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar müəyyən olunan yerlərdə seçicilərlə görüşə və özlərinin seçki platformalarını açıqlaya bilərlər.

Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda demokratik prinsiplərin əsasını yaradan müəyyən məsələlərdən biri də yerli özünüidarəetmə orqanlarının yaradılması və onların fəaliyyət göstərməsidir. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra diqqət göstərilən başlıca məsələlərdən biri də bələdiyyələrin yaradılması olmuşdur. 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən 1999-cu ilin dekabrın 12-də Azərbaycanda ilk dəfə bələdiyyələrə seçkilər keçirildi. Sonrakı illərdə, yəni 2004, 2009, 2013 və nəhayət 2019-cu illərdə bələdiyyələrə seçkilər keçildi. Ənənə və qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan qaydalar bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Seçki günü 18 yaşı tamam olmuş hər bir ölkə vətəndaşı namizədliyini irəli sürmək və uğur qazanacağı təqdirdə bələdiyyələrin fəaliyyətində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur.

Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər. İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

Bələdiyyələr ərazilərin inkişafına xüsusi töhfələr verə bilir

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür. Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur. Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.

Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Əminliklə qeyd etmək olar ki, 29 yanvarda keçiləcək bələdiyyə seçkilərində formalaşacaq bələdiyyə üzvlərin ərazilərin inkişafında, əhalinin sosial-məişət problemlərinin həllində, ərazilər üzrə yeni iş yerlərinin yaradılmasında və digər məsələlərə öz töhfələrini verəcəklər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see205

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see138

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see138

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see138

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see132

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri