Icma.az
close
up
RU
“Belgazercom”un rəhbəri: Məqsədimiz Azərbaycanda Belçika şirkətlərinin sıralarını genişləndirməkdir

“Belgazercom”un rəhbəri: Məqsədimiz Azərbaycanda Belçika şirkətlərinin sıralarını genişləndirməkdir

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belçika Avropa İttifaqının iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük maraq göstərən ölkələrindən biridir. Bu məqsədlə ötən ilin sonunda Belçika-Azərbaycan Ticarət Palatası - “Belgazercom” yaradılıb.

Bakıya ilk və ümid etdiyi kimi sonuncu olmayan işgüzar səfərini başa vuran Palatanın təsisçisi və sədri Stef Qoris “Report”a müsahibəsində ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Qoris hesab edir ki, Palatanın yaradılması iki ölkə arasında təcrübə mübadiləsi, innovativ layihələrin inkişafı və investisiyaların cəlb edilməsi üçün katalizatorlardan birinə çevriləcək.

- Azərbaycan ilə Belçika arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edirsiniz? Hansı sektorlar ikitərəfli ticarətin və sərmayənin artması üçün açardır?

- Qeyd edim ki, ölkələrimiz arasında həqiqətən fəal ikitərəfli əlaqələr mövcuddur. Biz Palatanı yalnız 2024-cü ilin dekabrında təsis etmişik və onun yaradılmasından cəmi iki ay sonra Azərbaycana ilk biznes missiyamızı edirik.

Bu, ikitərəfli ticari-iqtisadi əlaqələri gücləndirmək niyyətlərimizin ciddiliyinə sübutdur. Palatamız əməkdaşlığın inkişafına fəal çalışır və onun genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Əsas sahələrdən danışarkən ilk növbədə hər iki ölkə üçün nəyin qarşılıqlı maraq doğurduğunu müəyyən etmək lazımdır. Mən logistika, nəqliyyat, kimya sənayesi, əczaçılıq və aqrar-sənaye kompleksini qeyd edərdim. Həmin sahələr Belçikada yaxşı inkişaf edib və fikrimcə, bu sahələr üzrə əməkdaşlıq həm Azərbaycana, həm də Belçikaya ciddi fayda verə bilər.

Qeyd edim ki, Belçika şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir, lakin təəssüf ki, onların dəqiq sayını deyə bilmirəm. Buna baxmayaraq, Palatamız bu cür şirkətlərin sayının artırılması və ölkədə sıralarının genişləndirilməsi istiqamətində fəal işləmək əzmindədir.

- Hazırda neçə şirkət Palatanın üzvüdür?

- Palatamız yeni yaradılsa da, Belçikanın artıq 30-a yaxın şirkəti üzv kimi fəaliyyət göstərir ki, bu da mühüm nailiyyət sayıla bilər. İndi əməkdaşlığı genişləndirmək və Azərbaycan şirkətlərini iştiraka cəlb etmək üçün fəal işləyirik. Artıq üç yerli şirkət bizə qoşulub.

Ümid edirik ki, Bakıya səfərimizdən, eləcə də onun nəticələrinə dair hesabat dərc edildikdən sonra, Azərbaycanın daha da çox şirkəti ilə əlaqələr qura biləcəyik.

Müəyyən balansa nail olmağa çalışırıq ki, hər iki tərəfdən bərabər sayda şirkətlər Palatada təmsil olunsun. Təbii ki, söhbət məcburi ciddi nisbətdən getmir. Əsas məqsədimiz Palatanın işinin ikitərəfli xarakterini təmin etməkdir ki, o, təkcə Azərbaycanda Belçikanın deyil, həm də Azərbaycanın Belçikada maraqlarını təmsil etsin. Bu, bizim vurğulamaq istədiyimiz prinsipial məqamdır və bunu auditoriyaya çatdırmağı vacib hesab edirəm.

Şirkətlərimiz əsasən nəqliyyat, logistika, metodologiya, informasiya texnologiyaları və əczaçılıq kimi sahələrdə fəaliyyət göstərir. Hazırda onlar Azərbaycanda güclü və qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq üçün etibarlı tərəfdaşlar axtarırlar.

- Bakıya səfəriniz zamanı Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə görüşlər nəzərdə tutulmuşdu.

- AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevlə görüş bizim üçün xüsusi əhəmiyyət kəsb etdi, çünki AZPROMO Azərbaycanın əsas ixrac agentliyidir. Belçikada da oxşar strukturumuz var.

Belə mühüm tərəfdaşla əməkdaşlıq bizim üçün prioritetdir. Biz məlumat mübadiləsini planlaşdırırıq və ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıyıq.

KOBİA-ya gəlincə, bu agentliyin nümayəndələri ilə görüş də bizim üçün böyük əhəmiyyət kəsb edirdi, çünki o, kiçik və orta sahibkarlarla - məhz Belçika şirkətlərinin əsasən aid olduğu qrupla işləyir. Buna görə də KOBİA ilə əlaqə bizim üçün son dərəcə vacibdir.

Dünənki görüşlərdən sonra bizdə çox müsbət təəssürat yarandı. Ümid edirik ki, onların təcrübəsinə və kiçik və orta bizneslə əlaqələrə arxalana bilərik ki, bu mühitdə Belçika şirkətləri gələcəkdə tərəfdaşlıq qura biləcəklər.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Belçika şirkətlərinin tikinti-bərpa işlərinə cəlb edilməsi barədə nə düşünürsünüz? Palata bu məsələni öz prioritetlərindən biri nəzərdən keçirirmi?

- Belçikada həqiqətən də bir neçə iri tikinti şirkəti var və onlardan biri olan “Besix” artıq Azərbaycanda bir neçə böyük layihə həyata keçirib.

Əlbəttə, tikinti-bərpa işlərində iştirak məsələsi tenderlərlə bağlıdır və həmin şirkətlərlə iş təcrübəmiz var. Lakin, əsas diqqətimiz kiçik və orta sahibkarlığa yönəlib. Biz Belçika şirkətləri üçün və əksinə birgə müəssisələr yaratmaq, potensial tərəfdaşları müəyyən etməklə davamlı əməkdaşlığı uzunmüddətli tərəfdaşlıqları inkişaf etdirməyi hədəfləyirik. Bu, məncə, missiyamızın əsas istiqamətidir.

- Bu yaxınlarda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Necə hesab edirsiniz, tədbirin keçirilməsi Azərbaycanla Belçika arasında işgüzar əlaqələrin inkişafına müsbət təsir göstərib?

- İcazənizlə ilk növbədə qeyd edim ki, Belçika üçün COP29-da iştirak son dərəcə vacib idi. Baş nazirimiz Aleksandr De Kro tədbirdə iştirak etdi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Bu, Belçikanın Baş nazirinin Azərbaycana ilk səfəri idi və bu baxımdan COP29 ölkəmiz üçün əsas rol oynadı.

Dövlət başçılarının görüşündə ölkələrimiz arasında qarşılıqlı ticarət və biznesin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Baş nazirlə bizim üçün stimul olan görüşdən sonra belə qərara gəldik: “Gəlin Ticarət Palatasından başlayaq, çünki hökumət həqiqətən də bu əlaqələrin yaxşılaşdırılmasında və gücləndirilməsində maraqlıdır”. Axı təşəbbüslər təkcə hökumətlərdən deyil, həm də hər iki tərəfdən işgüzar dairələrdən gəlməlidir.

- Güman edirik ki, Azərbaycanın Belçikadakı Səfirliyi ilə artıq yaxşı əlaqələriniz var.

- Biz hər iki diplomatik missiya ilə - həm Azərbaycanın Belçikadakı, həm də Belçikanın Azərbaycandakı səfirlikləri ilə sıx və məhsuldar əlaqələr saxlayırıq.

Qeyd edim ki, səfir Vaqif Sadıxovla əla münasibətlərimiz var və Azərbaycanın Belçikadakı Səfirliyi təşəbbüsümüzü fəal dəstəkləyir.

Eyni şey Belçikanın Bakıdakı Səfirliyinə də aiddir, dünən bizim diplomatik nümayəndəliyin rəhbəri Julyen de Frepon ilə görüşümüz olub.

Hər iki administrasiya, həm də səfirliklərin dəstəyini hiss etmək çox sevindiricidir. Bununla belə, tamamilə neytral təşkilat olduğumuzu bir daha vurğulamaq bizim üçün son dərəcə vacibdir. Biz qeyri-kommersiya təşkilatıyıq, onun üzvləri yalnız sahibkarlardan ibarətdir, sıralarımızda siyasətçilər, dövlət qulluqçuları, administrasiya nümayəndələri yoxdur və onlar bizə təsir göstərmir. Biz müstəqil əsaslarla fəaliyyət göstəririk və hesab edirəm ki, bu, çox vacib bir məqamdır.

- Davamlı inkişaf və innovasiya beynəlxalq biznesdə əsas prioritetlərə çevrilir. Palatanız bu istiqamətdə Belçika şirkətlərinə necə dəstək verməyi planlaşdırır?

- Belçikanın bərpa olunan enerji sahəsində böyük təcrübəsi var. Məsələn, biz külək enerjisi, o cümlədən dəniz külək turbinlərinin quraşdırılması sahəsində liderlərdənik. Dünyada bu sahədə fəaliyyət göstərə bilən bir neçə böyük, yüksək ixtisaslı şirkətlərimiz var.

Bu şirkətlər artıq Azərbaycanda potensial investisiyalara böyük maraq göstərirlər, xüsusən nəzərə alsaq ki, Azərbaycan hökuməti də bərpa olunan enerji mənbələrinə və yaşıl texnologiyalara böyük önəm verir. Biz bu sahədə qabaqcıl texnologiyalar hazırlamışıq və onları burada təqdim etməkdən, əməkdaşlıq və birgə layihələr üçün imkanları araşdırmaqdan məmnunuq.

- Belçika şirkətlərini Azərbaycanla ticarətə fəal cəlb etmək üçün, məsələn, ixrac-idxal rüsumlarının azaldılmasında hökumətlərdən dəstək tələb oluna bilər?

- Bu, gələcəkdə nəzərə alacağımız cəhətlərdən biri ola bilər. Təbii ki, Palatanın inkişafının növbəti mərhələlərində müəyyən çağırışlar qaçılmazdır və biz istər-istəməz və çətinliklərlə üzləşəcəyik və bu, təkcə Azərbaycana deyil, Belçikaya da aiddir. Lakin bu, bizim əsas vəzifələrimizdən biridir - belə maneələri müəyyən etmək və lazım gəlsə, həll yollarını tapmaq üçün çalışmaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see140

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see136

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see134

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see123

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see116

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see116

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see114

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see109

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see108

Google Chrome Android dizaynını dəyişir ;Yenilik budur

12 Aprel 2025 05:39see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri