Icma.az
close
up
RU
Bəlkə də səbəbi susuzluqdur!..

Bəlkə də səbəbi susuzluqdur!..

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


İnsan orqanizminin böyük hissəsini təşkil edən su (təqribən 70 %) insan həyatı üçün də böyük əhəmiyyət təşkil edir. Çünki orqanizmin əsas funksiyalarının sağlam fəaliyyət göstərməsi üçün orqanizmdə kifayət qədər su olmalıdır.
Ümumiyyətlə götürdükdə, insan orqanizmi gün ərzində müxtəlif yollarla (məsələn, tənəffüs yolu ilə, tərləmə yolu ilə, hərəkət yolu ilə və s.) 3 litrə yaxın su itirir. Hətta bu proses insan yuxuda olduqda belə davam edir. Əgər itirdiyiniz bu su eyni miqdarda su ilə əvəz olunmasa, dehidratasiya (başqa sözlə, su itkisi) təhlükəsi meydana çıxır. Bu isə təbii olaraq müxtəlif xəstəliklərə səbəb olur.
Bəs su itkisi baş verdikdə hansı problemlər meydana çıxır? Bunlardan birincisi yüksək təzyiqdir. Belə ki, orqanizm su itkisinə məruz qaldıqda qandakı sudan istifadə etməyə başlayır. Bu isə tədricən yüksək təzyiqə gətirib çıxarır.
Başqa bir problem isə bel, hətta boyun yırtığıdır. Bu vaxt orqanizm fəqərələrdəki sudan istifadə etməyə başlayır və nəticədə bel və ya boyun yırtığı ortaya çıxır.
Su itkisi nəticəsində meydana gələn başqa xəstəliklər isə podaqra və ya artrit xəstəlikləridir. Belə ki, orqanizm su itkisi ilə əlaqədar olaraq, sümüklərdəki sudan istifadə etməyə başlayır və beləliklə də, podqara və ya artrit kimi revmatizmal xəstəliklər meydana çıxır. Orqanizm ağciyərdəki sudan istifadə etməyə başladıqda astma, mədəaltı vəzidəki sudan istifadə etməyə başladıqda isə şəkər xəstəliyi meydana çıxır.
Digər tərəfdən, mədədəki suyun istifadə olunması mədə yarası, bağırsaqdakı suyun istifadə olunması isə yoğun bağırsaq xərçəngi ehtimalını artırır.
Su itkisinin səbəb ola biləcəyi digər problemlər isə bunlardır:
- Halsızlıq,
- Yorğunluq,
- Baş gicəllənməsi,
- Ürək bulanması,
- Yüksək təzyiq,
- Yüksək temperatur,
- İshal halları,
- Qəbizlik halları,
- Mədə problemləri,
- Həzm problemləri,
- Baş ağrısı,
- Kürək ağrısı,
- Ağız quruması,
- Göz quruması,
- Diqqət pozğunluğu,
- Yaddaş pozğunluğu,
- Əl soyuması,
- Ayaq soyuması,
- Saç problemləri,
- Dəri problemləri,
- Astma,
- Miqren,
- Orqanizmdə yağ artımı,
- Orqanizmdə çəki artımı,
- Ürək getməsi,
- Ürək döyünməsi,
- Damar spazması,
- Əzələ spazması,
- Stress,
* Depressiya və s...
Digər tərədən, insan orqanizmi aclığa günlərlə dözə bildiyi halda, susuzluğa bir neçə gündən çox dözə bilmir. Beləliklə də, dehidratasiya (və ya su itkisi) insanı ölümə qədər aparır. Ona görə də, bu problemlərin qarşısını almaq üçün yeganə şərt gün ərzində kifayət qədər su içməkdir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri