Icma.az
close
up
RU
Benallanın evindəki seyfi kim oğurladı? Böyük Manipulyator

Benallanın evindəki seyfi kim oğurladı? Böyük Manipulyator

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvvəlki yazı

Böyük Manipulyator

27-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

MAKRON PİYADALARINI ƏDLİYYƏ NAZİRLİYİNDƏ YERLƏŞDİRİR

Hüquq sahəsində Emmanuel Makron, piyadalarını Daxili İşlər Nazirliyindəkindən daha tez yerləşdirdi. 2017-ci ildə o, şəxsən Ədliyyə Nazirliyinin mərkəzi aparatının üç yeni direktorunu Yelisey sarayına dəvət edir: cinayət və əfv işləri üzrə direktor Remi Hetzi, həbsxana administrasiyasının direktoru Stefan Bredanı və məhkəmə işləri üzrə direktor Peyman Qaleh-Marzbanı. Bir ildən sonra – yeni dərs ilinin başlamasından bir neçə gün sonra baş verən hadisələrdən istifadə edən prezident, Ədliyyə naziri Nikol Bellubetin Parisin prokuroru vəzifəsinə təklif etdiyi bir neçə namizədi kənara qoyub, bu vəzifəyə kassasiya məhkəməsinin prokuroru Fransua Molan adlı bir yaxınını təyin edir. Bundan sonra dövlət başçısı Ədliyyə Nazirliyindəki çox mühüm bir vəzifəyə özünün yeni bir adamını təklif edir: cinayət və əfv işləri üzrə direktor (DACG) Remi Hetz, prezidentin əmri ilə Ədliyyə Nazirliyi, Respublika prokurorluğu eləcə də kassasiya məhkəməsi arasındakı əlaqələrin təmin edilməsinə cavabdeh olan məsul bir vəzifəyə keçir. 1993-cü ildə sağçılar partiyasından olan nazir Paskal Klemantın, eləcə də 2002-ci ildə Baş nazir Jan-Pier Raffaranın müşaviri olan Remi Hetz , nazirliyin ən mürəkkəb və qalmaqallı dosyeləri ilə məşğul olurdu. İndi prezident tərəfindən onun belə bir vəzifəyə təyin olunması, ən azından çox qəribə və ağılasığmaz görünür. Prezidentin bu seçimi hüquqşünasların həmkarlar ittifaqı tərəfindən kəskin tənqid edilir: onlar bəyan edir ki, “icra hakimiyyəti ilə məhkəmə hakimiyyəti arasında heç bir əlaqə olmamalıdır. Heç kəsin şübhəsi yoxdur ki, onların hər ikisi azad və ayrı olmalıdırlar. Bu fundamental bir nəzəriyyədir...”. Bir çox advokatlar prezidentin bu hərəkətini qınayır və öz aralarında kinayə ilə deyirlər ki, “prezident yavaş-yavaş hər şeyi öz əlinə keçirir”.

Parisin baş prokuroru kimi Remi Hetz də Fransada ən vacib bir tribunalın – paytaxtın yüksək məhkəmə tribunalının (TGI) cədvəlini təşkil edir. Parisin 17-ci rayonunun Batinyol məhəlləsində yerləşən yeni TGI binasının, zirehli qapıları olan iri bir otağında, məhkəmə qərarını gözləyən yüzlərlə sənəd var. Hər həftə hansı sənədin nə vaxt məhkəməyə göndərilməsinə şəxsən Paris prokuroru özü qərar verir, xüsusən də ən vacib sənədləri – iqtisadi və siyasi-maliyyə sənədlərini 31-ci və 32- ci hüquq orqanlarına göndərir. Nə qədər ki, mühakimə tarixi Parisin baş prokuroru tərəfindən müəyyən edilməyib, heç bir hakim bu sənədlərə baxa bilməz. Ancaq baş prokurorluq buna sərəncam verə bilər. Tribunal məhkəmələrinin hansı sənədə nə vaxt və hansı müddətdə baxılacağına qərar verməyə ixtiyarları yoxdur. Hər şey prokuror Hetzin əlindədir, Ədliyyə Nazirliyinin saatını indi bu adam tənzimləyir... Emmanuel Makronun Ədliyyə Nazirliyinin yüksək iyerarxiyasına özünü soxması ilk dəfə deyil. O, hüquq institutunun incəliklərinə Sarkoziyə yaxın olan bəzi şəxsiyyətlərin köməyi ilə bələd olur. Hələ 2008-ci ildə Rotşild bankında çalışan gənc bankir (Makron) hüquqşünasların komissiyasında məruzəçi kimi iştirak etmişdi. Bu missiya Sarkozi tərəfindən Jan-Mişel Darrua adlı bir hüquqşünasa həvalə edilmişdi. Makron onunla Att ali komissiyasında çalışanda tanış olmuşdu. O vaxt Makron bu komissiyaya, digər bir məruzəçi, majistr Kristof İnqran tərəfindən daxil edilmişdi. Bu sonuncu Yelisey sarayında Nikola Sarkozinin ədliyyə müşaviri idi. Prezidentliyə seçki kampaniyası zamanı namizəd Fransua Fiyyon haqqında qalmaqallı məsələlər ortalığa çıxanda, bir çox hakimlər, hüquqşünaslar və advokatlar, namizəd Makronun proqramını dəstəkləmək üçün hərəsi ayrı-ayrılıqda öz adlarından “Ədalət” tematik atelyesinə daxil oldular. Bu atelye üç nəfər tərəfindən idarə olunurdu: vəkil Julia Minkovski (Benjamin Qrivonun həyat yoldaşı) keçmiş müstəntiq Erik Halfen və Makron İqtisadiyyat naziri olanda, onun ədliyyə müşaviri olan Ksaviye Hüber. Bu atelyenin iştirakçıları araxeyli hüquqşünaslar da vardı: Paris məhkəmə tribunalının prezidenti Jan-Mişel Hayat, həmçinin ovaxtkı Paris prokuroru Fransua Molan, eləcə də tanınmış advokat Rişard Malka və biznes advokatı Jan-Mişel Darrua. Kristian Tobiranın (2012-2016 illərdə Ədliyyə naziri) keçmiş məsləhətçisi Nail Burişa, Qrenobl şəhərindəki Apelyasiya Məhkəməsinin sədri Fransua Beynel, eləcə də Fiyyon Baş nazir olanda onun ədliyyə məsləhətçiləri və bir sıra digər majistr və hakimlər, Fransua Fiyyonla bağlı skandal ortaya çıxanda və hüquq orqanları tərəfindən onun qanundankənar işlər tutması sübut olunandan sonra ondan üz döndərib Makrona yaxınlaşdılar. “Əvvəllər Fiyyonu dəstəkləyənlərin hamısı indi Makronun ətrafında birləşmişdilər”, – deyə atelyenin bir iştirakçı xatırlayır. Düzdür, hüquqşünaslar arasında “neytrallıq” var, yəni o sağçılar partiyasındandır, bu solçular partiyasındandır söhbəti, demək olar ki, yoxdur. Bu neytrallıq onların karyeralarının yüksəlməsi üçün vacib şərtlərdən biridir. Makron onlara xalq arasında populyar olan ekstremist solçu Jan-Lük Melenşon və ekstremist sağçı Marin Lö Pen kimi namizədlərin qarşısını kəsən bir divar kimi görünür. Bir sözlə, Makron hüquqşünaslar arasında özünü dəryada balıq kimi hiss edir. Lap əvvəldən, Ədliyyə naziri Nikol Bellubet Benalla məsələsi ilə bağlı fikirlərini heç kimdən çəkinmədən, heç bir kompleks olmadan mətbuatda deyir. Böhranının lap qızğın çağında, müxalifət Milli Assambleyada Benalla problemini “dövlət problemi” kimi qələmə verəndə, Ədliyyə naziri onlara qoşulub öz cəbhəsindən olan həmkarları ilə mübahisəyə çıxır. Bundan başqa, Parisin ovaxtkı prokuroru Fransua Molan Benalla işi ilə bağlı polis həmkarlar birliyi tərəfindən tələb olunan sənəd və materialları onlara verməkdən imtina edir. Bu tələb sonradan yeni prokuror Remi Hetz tərəfindən də rədd edilir. Ona görə də prokurorluq istintaq zamanı Aleksandr Benallanın evindəki seyfin sirli şəkildə yoxa çıxmağı ilə bağlı heç bir araşdırma aparmadı. Qəribə də burasındadır ki, o seyf Benallanın evində aparılan axtarışdan cəmisi bir neçə saat əvvəlyoxa çıxdı. Polis həmkarlar birliyinin vəkili Yassin Buzru heç nə başa düşə bilmir: “Biz prokurorluqdan xahiş elədik ki, istintaq müddətin uzatsın, tək may ayının 1-dəki hadisəni yox, 18-20 iyul tarixləri arasında baş verən hadisələri də araşdıraq. Prokuror heç bizə cavab da vermədi, halbuki qanuna görə o bizim xahişimizi qəbul etməliydi!”. 2019-cu il maliyyə məsələləri ilə də bağlı xüsusi bir il olacağını vəd edir. Respublika Milli Maliyyə Qurumunun (PNF) direktoru Elian Huletin mandatı sona yaxınlaşır. Ancaq onun yenidən bu posta qalmağa imkanı var. Bundan əlavə, maliyyə mərkəzindəki müstəntiqlərdən biri Serj Turner son on ildə Sarkozinin gördüyü işləri araşdırmaq istəyir. Ancaq bu iş ondan alınıb 32-ci palatanın keçmiş hakimi Benedik Pertüsə tapşırılır. Bu kitab da bağlanır. Hər halda, Nikola Sarkozi və onun dostları buna ümid edirlər... görək tale nə göstərəcək.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Aprel 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri