Beniz in işi: zərərçəkənin hakimə etirazı təmin edilmədi
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin hakimə və prokurora etiraz etdiyi məlum olub. Bununla bağlı məhkəməyə daxil olan sənəd elan edilib.
Etiraz edən vəkillər isə prosesdə iştirak etməsələr də, sübutların ardıcıllığı ilə sənədlərin tədqiqinə başlanılıb.
Daha sonra zərərçəkənin onlayn formatda məhkəməyə qoşulması ilə hakimə etiraz məsələsi müzakirəyə qoyulub və vəsatət təmin olunmayıb.
Daha sonra Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Müşavirədən sonra vəsatət təmin edilməyib.
Növbəti proses aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Baxış sayı:198
Bu xəbər 14 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















