Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Benni Kardozo: Futbolda mümkünsüz heç nə yoxdur

Benni Kardozo: Futbolda mümkünsüz heç nə yoxdur

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Araz-Naxçıvan”ın futbolçusu Benni Kardozo apasport.az saytına müsahibə verib.

- “Mingəçevir”ə 3:1 hesabı ilə qalib gəldiniz. Bu görüş sizin üçün ağır, yoxsa asan matç oldu?
- Hər bir matç çətin keçir. İndiki dövrdə asan oyun yoxdur. Bilirdik ki, rəqibimiz aşağı liqa təmsilçisidir. Buna baxmayaraq, biz oyuna çox yaxşı hazırlaşıb, yaxşı da fokuslanmışdıq. Qalib gəlməyi çox istəyirdik ki, növbəti tura yüksələk.

- Bura gələndən yalnız Premyer Liqa matçlarında meydana çıxmışdın. İlk dəfə aşağı liqa klubuna qarşı oynadın. Fərqi çox hiss etdin? Hansı fərqləri gördün?
- Portuqaliyada aşağı liqa komandaları da daha intensiv futbol oynayır. Bizim birinci liqa komandasına qarşı oyunumuz yaxşı alındı. Amma intensivlik çox da yox idi. Bütün oyunu “Mingəçevir”ə qarşı topla oynadıq, qələbə üçün çalışdıq. Premyer Liqa və aşağı liqa klubu qarşı arasında intensivlik fərqi var. 

- “Araz-Naxçıvan”ın kuboku qazanmaq üçün gücü var? Məqsədlər hansıdır?
- Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Bunun üçün də ən yaxşısına çalışırıq. Mövsümün sonuna çox oyunlar var. Qarşıdakı mərhələni də keçərsək, kuboka yaxınlaşarıq. Amma biz çempionat və kubok arasında fərq qoymuruq. Hər görüşdə qələbə haqda düşünürük.

- Premyer Liqaya qayıtsaq, çoxları “Araz-Naxçıvan”ın turnir cədvəlində ikinci pillədə qərarlaşacağını gözləmirdi. Sənin özün üçün gözlənilməz olmadı?
- Komandaya gəlməmişdən əvvəl layihəni görmüşdüm. Kollektivimiz çox yaxşıdır. İrəliləməyimiz isə daha çox işləməyimizdən asılıdır. Biz məşqlərdə yaxşı işləyirik, məşqçilər korpusumuz göstərişlərini verir. Mövsümün sonuna hələ var, asan deyil. Bəzən yaxşı oynaya bilmərsən, amma oyunu üç xalla başa vurursansa, həmin periodu da yaxşı başa vurursan deməkdir. Çətin periodda da qalib gəlmək xoşdur. Biz işimizə davam edirik.

- Bu il sizin üçün son oyun “Qarabağ”a qarşıdır. İlk turda uduzduğunuz rəqibi udacaq gücdəsiz? Realdır?
- Əlbəttə. “Qarabağ”ın gücünü bilirik. Hamımız yaxşı anlayırıq ki, “Qarabağ” Azərbaycanın ən böyük klublarındandır. Ölkə də bu klubun nəyə qadir olduğunu bilir. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Biz işimizi ən yaxşı şəkildə yerinə yetirmək istəyirik. “Qarabağ”a qalib gəlsək, əla olar. Qalib gəlməsək də, pis deyil. Layiqli mübarizə aparacağıq. Növbəti matça hazırlaşacağıq. Çünki bu oyunla mövsüm bitmir ki, qarşıda çox oyun olacaq. Amma istənilən halda biz mübarizəmizə davam edəcəyik.

- “Qarabağ”dan söz düşmüşkən, Juninyo və Kevin Medina ilə Portuqaliyadan yaxşı münasibətinin yarandığını bilirəm. Bakıda onlarla görüşürsən?
- Bəli, bəli onlarla danışırıq, görüşürük Bakıda. Oyunlardan öncə söhbətləşirik. Biz birlikdə Portuqaliyada oynamışıq. Oradan münasibətimiz var. Bakıda da imkan olduqca görüşürük. Juninyo və Medina yaxşı insanlardır. Bura gəlməmişdən də danışmışdıq. İndi də münasibətdəyik.

- Əksər vaxtlarda meydana sonradan meydana daxil olursan. İlk dəqiqələrdən oynamamağın fiziki problemlə bağlıdır?
- Xeyr, heç bir problemim yoxdur. Mən 100 faiz hazıram fiziki sarıdan da meydana çıxmağa. Mən daim işimə yaxşı, məsuliyyətli yanaşıram. Hər gün işləyirəm. Fiziki durumumun da ən yaxşı formada olmasına can atıram. Ən yaxşı formada komandaya kömək olmaq istəyirəm. Baş məşqçinin qərarıdır. Nə zaman şans verilirsə, onda meydana çıxaraq komandama kömək olmağa çalışıram.

Ayxan Abbasov: "Komandanın potensialı ümid verir" "Qarabağ"ın veteran futbolçusu vəfat edib Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik" Samir Abasov: "Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq" Ölkə kubokunda bütün cütlər müəyyənləşdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri