Icma.az
close
up
RU
Bentaleb yaşıl meydana döndü

Bentaleb yaşıl meydana döndü

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cümə axşamı – fevralın 13-də “Lill” sosial şəbəkələrdə Nabil Bentalebin videosunu yaydı. Yarımmüdafiəçi yarım il əvvəl ürəktutması keçirmişdi. Məşqdən əvvəl əsas və əvəzedici heyətin futbolçuları, həmçinin klub əməkdaşları onun üçün şərəf dəhlizi yaratdı.

"Football-plus.az" xatırladır ki, “Lill”in ötən il iyunun 18-də yaydığı açıqlamada deyilirdi:

məşqdə özünü pis hiss edən futbolçu universitet xəstəxanasına çatdırılıb, müayinə bir neçə gün davam edəcək. Bir həftə sonra yeni açıqlama verildi: tibbi müayinə gözləniləndən daha yaxşı nəticə verir, yarımmüdafiəçi tezliklə evə buraxılacaq.


“Lill” onda detalları açıqlamasa da, “RMC Sport” yazırdı ki, futbolçu ürəyi dayandığına görə xəstəxanaya aparılıb. İlk yardım briqadası defibrillyatordan yararlanıb, onun ürəyini masaj edib. Nabili süni koma vəziyyətinə salan həkimlər uğurlu əməliyyat keçirdilər. Futbolçunun orqanizminə ürək fəaliyyətini tənzimləmək üçün kardiostimulyator qoyuldu.
Cərrahi müdaxilədən sonra Fransa Futbol Federasiyasının tibb komissiyasının qarşısında bir sual dayanırdı: Nabilin idmana dönüşünə icazə vermək olarmı? Bentaleb təslim olmadı və uzun bərpa prosesi keçdi.
Əslində futbolçunun ürəyində problem olduğunu “Lill” əvvəldən bilirdi. Hətta onun 2022-də “Anje”dən “şimallı itlər”in düşərgəsinə gəlişi zamanı əlavə müayinəyə görə transfer bir neçə gün gecikdirildi. Klubun baş direktoru Olivye Letan onda belə demişdi:

“Əlavə testlərin nəticəsini gözləyirik. Elə məsələlər var ki, yalnız rəsmi tibb komissiyasının iştirakı ilə həll olunmalıdı”.


Təəssüf ki, son vaxtlar futbolda ürəkdayanması halları tez-tez baş verir. Kristian Eriksen ilə bağlı tarixçə hər kəsə məlumdu. 2021-ci il iyunun 12-də - Finlandiya ilə Avropa çempionatının oyununda danimarkalının ürəyi dayandı. Tam normal səviyyədə həyatına davam etmək üçün futbolçunun ürəyinə kardioverter-defibrillyator qoyuldu, 8 aydan sonra “Brentford” formasında meydana çıxdı.
Danimarkalı “İnter”də qala bilməzdi. Ona görə ki, A seriyasında futbolçuların orqanizmdə hər hansı başqa əşya ilə çıxış etməsinə imkan verməyən sərt qadağa var.
Ondan iki il əvvəl isə “Ayaks”ın müdafiəçisi Deyli Blind “Valensiya” ilə oyunda özünü pis hiss etdi. Başı gicəllənən futbolçu qazona yıxılsa da, sona qədər meydanda qaldı. Ardından niderlandlıda miokardit – ürək əzələsinin iltihabı aşkarlandı və ona dərialtı defibrillyator qoyuldu. 2020-nin fevralında müdafiəçi meydana qayıtdı: ölkə kubokunun 1/4 final mərhələsinin “Vitess” ilə oyununda oyundaşını əvəzlədi. Amma avqustda qurğu davam gətirmədi. “Herta” ilə oyunun 79-cu dəqiqəsində Deyli qəfil cərimə meydançasında yerə yıxıldı və meydanı yalnız həkimlərin və klub əməkdaşlarının köməyi ilə tərk etdi. Onda həkimlər problemi defibrillyatorun işi ilə bağladı, onu yenisi ilə əvəzlədi.
Yeri gəlmişkən, Nabilin meydana dönüşünün uğurlu olduğunu da xatırladaq. “Lill”in srağagün dəfərdə “Renn”ə 2:0 hesabıyla qalib gəldiyi oyunda ilk qolu məhz o vurdu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri