Benzia ilə razılaşdılar
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Yassin Benzia klubu tərk etməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Esperans Tunis” klubu ilə anlaşıb. Bu barədə Əlcəzair mətbuatı məlumat yayıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqların yekunlaşdığı bildirilib.
Benzianın “Qarabağ”la müqaviləsi iyunun sonuna kimidir. 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 32 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

