Icma.az
close
up
RU
Benzin və dizelin qiyməti artırıla bilər İqtisadçı KONKRET

Benzin və dizelin qiyməti artırıla bilər İqtisadçı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması köçürülmələrin edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik təklif olunur.

Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

Eyni zamanda Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artıq tənzimlənən qiymətlərə daxil ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişiklik barədə danışarkən deyib. O qeyd edib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

Maraqlıdır, yeni qanun benzin qiymətlərində hər hansı dəyişikliyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a bildirib ki, enerji effektivliyinin artırılması üçün atılan addımlar uzunmüddətli iqtisadi fayda gətirsə də, qısa müddətdə qiymət artımları ilə nəticələnə bilər:

“Əslində bu maraqlı bir məsələdir, görünür ki, yeni qanun layihəsi təqdim olunur. Bu tək dövlət tərəfindən tənzimlənməsi məsələsi deyil. Zatən Aİ-92 və dizel dövlət tərəfindən tənzimlənir. İndi Aİ-95 markalı benzinin qiyməti də dövlət tərəfindən tənzimlənəcək. Burada yeni bir fondun yaradılması və satışdan əldə olunan gəlirlərin həmin fonda keçirilməsi məsələsi müzakirə olunur. Burada ciddi suallar yaranır. Yəni istehsalçılar bundan nə qazanacaq? Bu istehlakçılara necə təsir edəcək?”

Ekpsert qeyd edib ki, neftayırma zavodu zatən dövlətindir, satdığı benzinin də qiyməti dövlət tərəfindən tənzimlənir. Onun sözlərinə görə, burdan qazanılan vəsait SOCAR-a köçürülürdü, oradan da büdcəyə:

“SOCAR indi benzini ancaq istehsal etməklə görəvli olacaqsa və bunun vəsaiti fonda köçürüləcəksə, SOCAR-ın və neftayrıma zavodunun xərcləri necə ödəniləcək? Əslində suallar çoxdur. Amma hər bir halda bu bir yenilikdir. Təəssüf ki, belə yeniliklər qiymət artımları ilə də meşahidə olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri