Bəqai: ABŞ nin analoji infrastrukturuna cavab zərbəsi endiriləcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ İran infrastrukturuna hücum edərsə, Tehran eyni şəkildə cavab verəcək.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkədəki obyektlərə zərbələr endiriləcəyi halda cavab tədbirlərinin ABŞ ilə əlaqəli obyektlərə qarşı olacağı barədə xəbərdarlıq edib.
Bəqai qeyd edib ki, İrana qarşı fəaliyyətlərə hər hansı formada cəlb olunmuş istənilən ABŞ obyekti hədəfə çevrilə bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Aprel 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















