Berdıyev: “Bu, yolverilməzdir”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının XII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Gözlədiyimiz kimi ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdır. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir.
– Xorxe Silvanın yersiz qırmızı vərəqə ilə komandanı pis vəziyyətdə qoyduğunu düşünmürsünüz?
– Bu, yolverilməzdir. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı provokasiya var idi. Provokasiyalara cavab vermək olmaz.
– Joarlem Santosun durumu necədir?
– Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















