Icma.az
close
up
RU
Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

Sabiq təhsil məmurlarının növbəti ünvanı: BDU

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil sektorunda fəaliyyət göstərən bəzi məmurlar vəzifədən getdikdən sonra da bu sahədən uzaqlaşmayıblar. Onlar daha əvvəl təhsil siyasətinin formalaşmasında iştirakçı olsalar da, ardınca karyeralarını akademik mühitdə, universitetlərdə davam etdiriblər.

Bu kontekstdə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) daha çox fərqlənir. Belə ki, bir vaxtlar təhsil sahəsində mühüm qərarlar verən şəxslərin vəzifədən ayrıldıqdan sonra üz tutduqları mühüm ünvanlardan biri məhz BDU-dur.

Bakıvaxtı.az oxu.az-a istinadla onlarla bağlı məlumatları təqdim edir:

1. Misir Mərdanov - 1989-cu ildən 1992-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrini tutub. 1992-1996-cı illərdə BDU-da tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə isə rektor vəzifəsində çalışıb. Misir Mərdanovun karyerasının əsas mərhələsi 1998-ci ildən 2013-cü il aprelin 18-nə qədər olan dövrü əhatə edir. Bu illərdə o, təhsil naziri olub. Cari ilin yanvar ayından isə sabiq nazir universitetin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

2. İradə Hüseynova - 1985-2005-ci illərdə BDU-da müəllim olan İradə Hüseynova 2002-ci ildə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2011-ci ilə qədər bu vəzifəni tutub. Sabiq nazir müavini hazırda BDU-da Qafqaz xalqları tarixi kafedrasının müdiridir.

3. İlham Pirməmmədov - 1998-2013-cü illərdə Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illərdə isə nazir müşaviri vəzifələrində çalışıb. Vəzifəsindən ayrıldıqdan sonra Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunsa da, BDU-nun Nəzəri mexanika kafedrasında pedaqoji fəaliyyətlə də məşğuldur.

4. Məleykə Abbaszadə - 1994-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini olub. 1996-2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edən Məleykə Abbaszadə 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsini tutub. 2016-cı ildən TQDK-nın bazasında yaradılmış Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 2024-cü ildən isə İdarə Heyətinin sədri təyin edilib. Bu il noyabrın 19-da vəzifəsindən azad edilərək BDU-ya rektor təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri