Berlində polis cinayətkarı güllələyib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın paytaxtı Berlində cinsi azlıqların nümayişinə hücum Avropaya miqrasiya məsələsini yenidən gündəmə gətirib. Ötən gün Almaniya polisi Abdul Ballout adlı şəxsi güllələyərək öldürüb.
İddiaya əsasən, o, polislərə bıçağabənzər əşya ilə hədə-qorxu gəlib, bundan sonra ona atəş açıblar. Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, mövcud məlumatlara əsasən, hücumun motivi “islam terrorizmi” olub. Abdul Ballout iyulun 25-də Berlində bir qadını öldürməkdə və 29 nəfəri yaralamaqda ittiham olunur. Onun bıçaqla adamlara hücum etdiyi bildirilib. Livan mənşəli, Almaniyada doğulmuş 21 yaşlı Abdul Balloutun əvvəllər də dəfələrlə məsuliyyətə cəlb edildiyi vurğulanıb. Alman hakimiyyət orqanlarının məlumatına görə, o, Livandan qayıtdıqdan sonra həbs olunmuş və İŞİD-ə qoşulmaq cəhdinə görə həbsxanada deradikallaşma kursunu keçməyə məcbur edilmişdi.
XQ
Baxış sayı:59
Bu xəbər 28 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















