Icma.az
close
up
RU
Berlində “Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimat keçirilib

Berlində “Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimat keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 19 noyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin, Alman İqtisadiyyatının Şərq Komitəsinin və “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin birgə təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Azərbaycan-Almaniya münasibətlərinin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Almaniyanın yeni hökuməti ilə dialoqun da yüksələn xətt üzrə davam etdiyini bildirən diplomat alman iqtisadiyyatının Azərbaycana artan marağının bu dinamikanı daha da möhkəmləndirdiyini qeyd edib. Bu kontekstdə Azərbaycanın regionda artan geosiyasi və geoiqtisadi çəkisinin, Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulmasının, Orta Dəhlizdə oynadığı açar rolun, Ermənistanla sülh müqaviləsi istiqamətində sürətli irəliləyişin və nəqliyyat-logistika sahəsinin inkişafının Almaniyanın bu strateji bölgədə iqtisadi iştirakı üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasından söz açan N.Ağayev Azərbaycanın hazırda Avropanın 10 ölkəsinə qaz tədarük etdiyini qeyd edib. Diplomat ildə 3 milyard kubmetrlik Azərbaycan qazının Almaniyaya ixracını nəzərdə tutan müqavilələrin əhəmiyyətini vurğulayaraq, bunun enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Səfir, eyni zamanda yaşıl enerjiyə keçid sahəsində ölkəmizin son illərdə qazandığı nailiyyətləri qeyd edərək, əldə olunacaq enerjinin Avropaya ixracı layihəsinin böyük perspektivlər vəd etdiyini və bu sahədə də alman şirkətlərinin fəal iştirakının arzuedilən olduğunu vurğulayıb.

Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç çıxışında Assosiasiyanın fəaliyyət istiqamətləri və Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənən gündəliyini barədə məlumat verib. O bildirib ki, Komitə Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən 350-dən çox alman şirkətini dəstəkləyir və bu iş Almaniya hökuməti, tərəfdaş qurumlar, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyi ilə səmərəli əməkdaşlıq şəraitində həyata keçirilir.

A.Akuliç Azərbaycanın regionda aparıcı iqtisadi platforma kimi yüksələn rolunu qeyd edərək, tərəfdaşlığın əsas istiqamətlərinin yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya və institusional islahatların dəstəklənməsi olduğunu bildirib. O, bu il imzalanan ticarət, iqtisadiyyat və investisiyalara dair birgə yol xəritəsində kimya sənayesi, səhiyyə, rəqəmsallaşma və yaşıl keçid üzrə 10-dan çox konkret layihənin əksini tapdığını qeyd edib.

Regional direktor “Yaşıl Enerji Dəhlizi” üzrə üçtərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yeni layihələrin işə salınması perspektivlərinin Komitə üçün prioritet istiqamətlərdən olduğunu qeyd edərək, Bakıya son səfəri zamanı bir sıra müqavilələrin imzalanmasının biznes marağının artmasını göstərdiyini deyib.

Sonra “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) baş direktoru Fərhad Məmmədov “Yaşıl Enerji Dəhlizi” və layihənin reallaşması istiqamətində görülən işlər, eləcə də bu prosesdə Azərbaycanın fəal rolu barədə geniş təqdimatla çıxış edib.

Qeyd olunub ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən “Yaşıl Enerji Dəhlizi” bu dörd ölkənin təmiz və təhlükəsiz enerjinin ötürülməsi üzrə ortaq strateji baxışına əsaslanır. Sazişin 2022-ci ildə imzalanmasından sonra dörd ölkə arasında 11 nazirlər görüşü keçirilib, texniki-iqtisadi əsaslandırma üzrə razılaşma əldə olunub və birgə müəssisə yaradılıb.

F.Məmmədov qeyd edib ki, Avropa İttifaqının layihəni prioritet dənizüstü enerji dəhlizləri sırasında tanıması İttifaqın bölgəyə və layihəyə siyasi dəstəyini nümayiş etdirir.

Məlumat verilib ki, ümumi uzunluğu 3 min kilometr olan dəhliz vasitəsilə yaşıl enerji Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bu kabel vasitəsilə ildə təxminən 4 qiqavat gücündə yaşıl enerjinin Avropaya ötürülməsi planlaşdırılır. Hazırda layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilmə, qarşılıqlı maraq doğuran layihə statusu alma və genişləndirilmiş texniki-iqtisadi əsaslandırma mərhələsindədir.

Baş direktor, həmçinin dənizaltı kabel texnologiyaları, istehsalçı şirkətlərlə danışıqlar, potensial tərəfdaşlıq modelləri və layihənin reallığa çevrilməsi mərhələsi üçün mümkün inkişaf variantları barədə məlumat verib. Bundan əlavə, layihənin uğurla icrası üçün qarşıdakı dövrdə müxtəlif maraqlı tərəflər və potensial enerji alıcılarl ilə əməkdaşlığın daha da gücləndiriləcəyi vurğulanıb.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin bərpaolunan enerji sahəsində fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, SOCAR artıq yalnız neft-qaz sahəsində deyil, inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. Bu çərçivədə 2024-cü ilin martında yaradılmış “SOCAR Green” bərpaolunan enerji təşəbbüslərinə öncüllük edir. “SOCAR Green”in uğurlu əməkdaşlığından söz açan E.Musayev “Masdar”, BP və Çin şirkətləri ilə irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Ölkəmizin nəhəng bərpaolunan enerji potensialının mövcudluğunu və bu mənbələr hesabına enerji gücünün artılrıldığını vurğulayan baş direktor bildirib ki, Azərbaycan özünü enerji keçidinə uyğunlaşdırır. Bu baxımdan Braziliyada Azərbaycan tərəfindən yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”nin elan olunduğu qeyd edilərək bildirib ki, əvvəlki hədəf 2050-ci ilədək istixana qazı emissiyalarını 40 faizədək azaltmaq idisə, hazırda bu hədəfə 2035-ci ilə qədər nail olmaq qarşıya məqsəd qoyulub.

Çıxış və təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri