Icma.az
close
up
RU
Beş ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR Onların diplomları necə YOXLANILIR?

Beş ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR Onların diplomları necə YOXLANILIR?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır.

Sosial şəbəkələrdə onlarla uğursuz plastik cərrahiyyə qurbanına rast gəlirik. Onlar ya yenidən daha doğru əməliyyat olunmalarını tələb edir, ya da ödənişlərini geri istəyirlər. Bəziləri isə fakt və sənədlərlə məhkəmələrə üz tuturlar.

Mətbuatda yayılan məlumatlara görə, bu cür əməliyyatlardan vəfat edənlər də var. Həmçinin, iddia olunur ki, ölkəmizdə plastik əməliyyat icra edən bir neçə həkim saxta diplomla işləyir.

İş o yerə çatıb ki, Milli Məclisdə belə bu mövzuya toxunulub. Deputat Səyyad Salahlı diplomsuz işləyən plastik cərrahlarla bağlı müvafiq qurumlara, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib, məsələni diqqətdə saxlamalarını istəyib.

Ümumiyyətlə, "diplomsuz həkimlər" ifadəsini yaradan səbəblər hansıdır? Həkimlərin diplomları necə yoxlanılır? Estetik cərrah işləmək üçün hansı ixtisası bitirmək lazımdır və icazə prosesi necədir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim-plastik cərrahlar əldə edirlər:

"Artıq 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti beş il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər".

Məlumatda qeyd olunub ki, plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır:

"Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu barədə inzibati tənbeh tədbirləri görülüb".

Qurumdan bildirilib ki, pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var:

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar monitorinqlər zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətti" (012) 596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see191

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see159

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see134

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri