Beş milyard il sonra nə baş verəcək? Yeni proqnoz
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Alimlər Günəşin gələcəkdə genişlənəcəyi mərhələdə Yer planetinin taleyi ilə bağlı əvvəlki hesablamaları yenidən nəzərdən keçiriblər. Yeni modelə əsasən, Yerin məhv olması qaçılmaz deyil.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.
Söhbət təxminən 5 milyard il sonra baş verə biləcək proseslərdən gedir. Həmin dövrdə Yer onsuz da yaşamaq üçün əlverişsiz vəziyyətə düşəcək. Bununla belə, planetin Günəş tərəfindən udulub-udulmayacağı məsələsi astrofizikanın mühüm müzakirə mövzularından biri olaraq qalır.
Günəşin nüvəsində hidrogen ehtiyatı tükəndikdən sonra o, əvvəlcə "qırmızı nəhəng" mərhələsinə keçəcək, daha sonra isə AGB adlanan son genişlənmə fazasına daxil olacaq. Bu mərhələlərdə Günəşin ölçüsü kəskin şəkildə artacaq və daxili planetlərin taleyi müəyyənləşəcək.
Alimlər hesablamalarında iki əsas prosesin qarşılıqlı təsirini nəzərə alıblar. Bir tərəfdən, Günəş genişləndikcə onun Yerlə cazibə-tidal qarşılıqlı təsiri güclənəcək və bu, planetin orbitinin dəyişməsinə səbəb ola bilər. Digər tərəfdən isə Günəş kütlə itirəcək və cazibə qüvvəsi zəiflədiyi üçün Yerin orbiti daha uzağa çəkilə bilər.
Tədqiqatın müəllifi Mats Esselders bildirib ki, əgər tidal təsirlər üstünlük təşkil etsə, Yer Günəş tərəfindən udulacaq. Əgər üstünlük Günəşin kütlə itirməsi nəticəsində yaranan təsirə verilərsə, planet daha uzaq orbitə keçərək mövcudluğunu qoruya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 İyun 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















