Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Bəşər Əsəd Suriyada qalsaydı, onu Qəddafinin ssenarisi gözləyirdi Politoloq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bəşər Əsəd Suriyada qalsaydı, onu Qəddafinin ssenarisi gözləyirdi Politoloq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Suriyada "Ərəb Baharı"ndan başlayaraq davam eləyən vətəndaş müharibəsi demək olar ki, başa çatdı. Astana prosesi çərçivəsində İran, Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşma Suriya ərazisində formal təhlükəsizliyi, sülhü formalaşdırmışdı və bu uzun müddət davam eləyirdi. Bununla adı çəkilən dövlətlər həm bölgədə maraqlarını təmin etdilər, həm də bölgə üzərində təhlükəsizlik üçün səylər göstərərək öz mənafelərini bölgədə təmin etməklə həm də öz maraqlarını burada icra edirlər. Önəmli bir məqam bundan ibarətdir ki, Bəşər Əsəd rejimi dayaqda qalmışdı. Lakin cəmi 20 gün çəkməyən müxalifətin hökumət əleyhinə silahlı mübarizəsi öz effektini verdi".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Bəşər Əsəd Suriyada qalsaydı, onu da Qəddafinin ssenarisi gözləyirdi:

"Sürətlə şəhərlərin müdafiəsiz qalması həm müxalifət qüvvələrini gücləndirir, silah arsenalını artırır və məqsədlərinə doğru onların irəliləməsinə səbəb olurdu. Artıq deyə bilərik ki, Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyada rəhbərlikdə deyil. Onun Rusiya tərəfindən siyasi sığınacaq alması da gözlənilən idi. Bundan öncəki dövrlərdə də Rusiya analoji addımı öz tərəftarlarına, siyasətinin icraçılarına təqdim etmişdi. Aydındır ki, Bəşər Əsəd orada qalsaydı, onu da Qəddafinin ssenarisi gözləyirdi. Yəni, kifayət qədər nəzarətsiz qalan toplu onu məhv edəcəkdi. Hətta biz Bəşər Əsədin rezidensiyasında, evində baş verən hadisələri də görərək belə qənaətə gələ bilərik. 

Rusiya burada şübhəsiz ki, mövqə itirdi. Panzır və eyni zamanda qırıcıları da orada qaldı. İndi bunun çıxarılması üçün də hesab edirəm ki, Rusiya səy göstərəcək. Rusiyanın həm də Aralıq dənizi bölgəsində öz gəmiləri də var idi. İndi onların aqibəti həm də yeni hakimiyyətlə danışaqlar predmetidir. Çox çətin bir durum yaranıb. Şübhəsiz, Rusiya-Ukrayna müharibəsi Rusiyanın digər bölgələrdə də qüvvələrini zəifləməsinə gətirib çıxardı. Bu gün Suriyanın müxalifətçilər tərəfindən tutulması bir sıra güc mərkəzlərinə sərf etdikcə, Rusiya və İranın mövqeləri burada zəiflədi və Suriya bölgəsində həm də hazırda İranın hücrələrinin ləğv edilməsi üçün İsrail də ayağa qalxıb, İsrail də əməliyyat keçirir. Bu da Mossadın, İsrail kəşfiyyatının yüksək pəşəkarlığından xəbər verir ki, hansı ərazidə raket istehsalı və İrana bağlı qüvvələrinin olması məlumdur və bu əməliyyat icra olunmaqdadır. İsrail üçün əsas məsələ Qolan yüksəklikləri və burada olan əraziləri nəzarət önəmlidir və bu işi də icra etməkdədirlər.

Qardaş Türkiyəyə gəldikdə isə uzun müddətdir ki, Türkiyə Əsəd rejiminə qarşı fəaliyyət göstərirdi və burada əsas məsələ kürd yaraqlıların məhv edilməsi, bölgə üzərində təhlükəsizliyin təminatıdır. Gələcəkdə hesab edirəm ki, Türkiyənin qapı açdığı İsrail, daha doğrusu Suriya qaçqınlarının Suriyaya qaytarılması baş verə bilər, yəni Türkiyə burada geniş imkanlar əldə edir. Digər tərəfdən, önəmli olan kürd qruplaşmalarına endirilən zərbələr və bölgə təhlükəsizliyi üzərində Ərdoğanın və Türkiyə ordusunun qazandığı bu müsbət dividendlər önəmlidir. Digər tərəfdə Türkiyə üçün Suriya dövlətinin qalması məsələsi də hesab edirəm ki, prioritetdir. Çoxları düşünür ki, Suriya ərazisi parçalanacaq, nüfuz dairələri əsasında ayrı-ayrı bölgələrə bölünəcək. İndi maraqlıdır ki, burada müxalifət rəhbərliyində olan şəxsin və yeni gələn hakimiyyətin atdığı addımlar, şəriət əsasında dövləti idarə etməsi, demokratiyaya üz tutması, təhlükəsizliklə bağlı meyllər, kənar qövvələrin regiona müdaxilə imkanlarının olub-olmaması və digər bu kimi məsələlər də sonrakı davranışlardan asılı olacaqdır".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri