Icma.az
close
up
RU
Bəşəriyyətin məhvinə səbəb ola bilər: Alimdən təhlükəli texnologiya ilə bağlı xəbərdarlıq

Bəşəriyyətin məhvinə səbəb ola bilər: Alimdən təhlükəli texnologiya ilə bağlı xəbərdarlıq

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər gələcəkdə reallaşması halında dağıdıcı nəticələrə yol aça biləcək potensial texnologiya ilə bağlı narahatlıqlarını bildiriblər. Bəzi tədqiqatçılar onun dərhal qadağan olunmasını tələb edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Futurism" nəşri məlumat yayıb.

Söhbət "güzgü həyatı" adlanan hipotezik formadan gedir. Bu konsepsiya, molekulyar quruluş bloklarının təbii biologiyanın əks istiqamətdə qurulmasını nəzərdə tutur. Başqa sözlə, mövcud bioloji sistemlər tamamilə tərsinə çevrilir.

Sintetik biologiya üzrə mütəxəssis, ilk sintetik genomlu canlı hüceyrənin yaradılmasında iştirak etmiş Con Qlass "Financial Times" qəzetinə yazdığı məqalədə qeyd edib:

"Biz "güzgü həyatının" yaradılmasından imtina etməliyik və heç kimin bunu edə bilməyəcəyini təmin edən qanunlar qəbul etməliyik. Söhbət bu təhlükənin qarşısını alıb-almamaqdan deyil, hələ də vaxt varkən hərəkət edib-etməməyimizdən gedir".

Nəşrdə izah olunur ki, bu konsepsiya bütün məlum orqanizmlərin DNT quruluşunun güzgü formasını yaratmaq ideyasına əsaslanır. Yer üzündə bütün canlıların DNT spiral quruluşu sağa yönəlib, lakin güzgü həyatı anlayışında solyönlü spiral strukturlar nəzərdə tutulur.

Alimlərin fikrincə, belə orqanizmlər mövcud həyat formaları, o cümlədən insanlar üçün patogen ola bilər. İyunun 2025-də Parisdəki Paster İnstitutunda keçirilən konfransda 150-dən çox alim və bioetika üzrə mütəxəssis oxşar narahatlıqlarını ifadə edib.

Con Qlass yazır ki, güzgü hüceyrəsi yaradıldıqdan sonra müxtəlif növ güzgü bakteriyalarını istehsal etmək nisbətən asan olacaq:

"Əgər bu baş verərsə və Pandora qutusu açılsa, nəticələr fövqəladə risklər yarada bilər".

Onun sözlərinə görə, insan orqanizmi güzgü molekullarına qarşı ya çox zəif, ya da ümumiyyətlə anticisimlər yaratmır. Bu səbəbdən güzgü bakterial infeksiyası bir çox immunçatışmazlığın eyni vaxtda mövcud olması ilə müqayisə edilə bilər və nəticədə ölüm faktiki olaraq qaçılmaz olar.

Alim həmçinin bildirib ki, güzgü bakteriyası ilə yoluxmuş ərazilər həyat üçün geri dönüşsüz dərəcədə yararsız vəziyyətə gələ bilər, bu da kənd təsərrüfatını və ekosistemləri təhlükə altına salar.

Bununla yanaşı, bəzi mütəxəssislər güzgü həyatının tibbdə faydalı tətbiq imkanlarını da vurğulayırlar. Məsələn, güzgü zülallarının yeni formaları artıq effektiv dərmanların hazırlanmasında istifadə olunur. Con Qlass isə bu mövzuda balanslı yanaşmanın vacibliyini qeyd edərək həm sintetik biologiyanın inkişafına şərait yaradılmasını, həm də güzgü həyatının yaratdığı təhlükələrin qarşısının alınmasını zəruri sayır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri