Icma.az
close
up
RU
Beşiktaş da Talişka ilə oynamış futbolçu onun Fənər ə gəlişi haqda nə dedi?

Beşiktaş da Talişka ilə oynamış futbolçu onun Fənər ə gəlişi haqda nə dedi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Anderson Talişkanın ''Əl-Nəssr''dən ''Fənərbaxça''ya keçidini bu qışın Türkiyədə ən böyük transferi adlandırmaq olar.

Bu arada vaxtilə ''Beşiktaş''da Talişka ilə birlikdə forma geymiş Oğuzhan Özyakup Türkiyə mətbuatına açıqlamalar verib. ''Football-plus.az'' xəbər verir ki, ''Qartal''da ümumilikdə 10 mövsüm keçirən, daha sonra 2 il ''Fortuna''da çıxış edən və ötən ilin yayında 32 yaşında karyerasını bitirdiyini açıqlayan Oğuzhan Talişka ilə bağlı diqqətçəkən ifadələr işlədib:

''Mənim dönəmimdə Talişka çox yaxşı futbolçu idi. Səudiyyə Ərəbistanı çempionatını da fürsət düşdükcə izləyirəm. Talişka son dönəmlərdə elə də çox oynamırdı. Amma yüksək səviyyəli oyunçudu. ''Beşiktaş''da bizim üçün bir çox önəmli qollar vurmuşdu. Amma 80 dəqiqə ona dözmək məcburiyyətində qalırdıq. Çünki qətiyyən müdafiəyə kömək etmirdi. Mourinyo bəlkə də bu baxımdan onu yola gətirə və müdafiəyə qayıtmağa məcbur edə bilər. Amma daha bir problem odu ki, ''Fənər'' Ceko və Ən-Nəsirinin timsalında iki hücumçu ilə oynayır. Talişka gəldikdən sonra onların hansı ehtiyatda qalacaq? Mourinyo bu məsələni də həll etməli olacaq. Talişka məncə, ''10 nömrə'' mövqeyində ''Fənərbaxça''ya çox lazımlı futbolçudu. O hamımızın bildiyi səviyyədədisə mütləq Türkiyədə adından söz etdirəcək. Hətta həmişəki səviyyəsindən bir pillə aşağıda olsa da, yetərlidi. Fiziki problemləri yoxdusa, önəmli bir transferdi. Onun ayağının iç hissəsi ilə vurduğu zərbələr inanılmaz alınırdı. ''Beşiktaş''da onun ayaq içi ilə vurduğu zərbələrin bu qədər dəqiq və qüvvətli alınmasına təəccübümüzü gizlədə bilmirdik. Çünki xarici görünüşcə heç bir əzələ kütləsi yox idi. Üstəlik fitness məşqləri ilə də arası yox idi. Trenajor günlərində onu ortalıqda görmürdük. Amma ayağında sanki anadangəlmə, genetik bir güc var. Topu qoyub geri çəkilmədən 25-30 metrdən ''doqquzluğ''a vura bilir''.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Yanvar 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri