Icma.az
close
up
RU
Bəstəkar Sevinc Abbasova: Nüvədiyə qayıtmaq ən böyük arzumdur

Bəstəkar Sevinc Abbasova: Nüvədiyə qayıtmaq ən böyük arzumdur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi" adlı buraxılış əslən Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndindən olan bəstəkar Sevinc Abbasovanın həyat hekayəsinə həsr olunub.

O, 1969-cu ildə Bakıda doğulsa da, əslən Qərbi Azərbaycandan olduğunu, uşaqlıq illərinin, yay tətillərinin Nüvədidə keçdiyini deyib: "Biz oranı çox sevirdik. Bacı-qardaş günümüz orada keçirdi. Novruz bayramında, yayda kəndə gedəndə yaylağa köçürdük. Oranın gözəl bulaqları var idi. Baba Hacı ziyarətgahında qurban kəsir, dua edirdik. Nənəm şirin çörək, paxlava, şəkərbura bişirirdi. Dağın başına qalxır, orada od qalayır, üstündən hoppanır, müxtəlif oyunlar oynayırdıq. Babamın üzüm, ərik bağları, mal-qarası, qırmızı yəhərli atı var idi. Babamın atını çapırdım".

Onun sözlərinə görə, hələ 1985-1986-cı illərdə camaatı ermənilər sıxışdırırdı: "Babam atama o zaman deyirdi, söhbət gəzir ki, ermənilər gəlirlər, kəndi hamınız boşaldın. Babam çıxmaq istəmirdi. Doğma yurduna bağlı adam idi, çox kövrəlmişdi. Nüvədi camaatı kəndlərinə çox bağlı mehriban insan idilər. Güllə səsləri eşidilsə də, heç kim çıxmaq fikrində deyildi. Nəhayət, 1989-ci il idi, babam və nənəm bizə Bakıya gəldilər. Nənəm ağladı, dözə bilmirdi ki, bu, necə ola bilər. Babam da deyirdi ki, ölsəm, məni Nüvədidə dəfn edərsiniz. Öz Vətənimi istəyirəm, Nüvədisiz qala bilmirəm. Atam da, anam da çox pis olmuşdu. Nüvədinin ətrafında olan kəndlər. rayonlar boşalmışdı, amma bir nüvədili çıxmamışdı. Son məqama kimi Nüvədi camaatı dözdü, lakin kəndi tərk etmək məcburiyyətində qaldılar".

Bəstəkar deyib ki, Vətəni sevməyən insan olmaz: "Bakıda doğulduğuma baxmayaraq Nüvədi kəndini çox sevirəm və oraya qayıdışı gözləyirəm. Arzum var ki, Nüvədiyə həsr etdiyim mahnılar, instrumental kompozisiyalar orada səslənsin. Atam çox gözəl rəssam olub. Babamın evində hər divarda atamın rəsm əsərləri asılmışdı. İnşallah, kəndə gedəndə o şəkilləri axtaracağam. Ermənilər evləri uçurublar, qəbirləri dağıdıblar. Gedib Baba Hacını ziyarət etmək istəyirəm. "Qəlbin fəryadı" və "Nüvədi" haqqında kompozisiyamda Vətən həsrətini, doğma yurd üçün çox darıxdığımı göstərmişəm. İnşallah, Nüvədiyə qayıdandan sonra mən o bəstəmə orada klip çəkəcəyəm. Bu, mənim ən böyük arzumdur. Əminəm ki, mahnılarımı orada səsləndirəcəyəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bəstəkar Sevinc Abbasova: "Nüvədiyə qayıtmaq ən böyük arzumdur"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri