Icma.az
close
up
RU
Menu

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

Müharibə riski ciddi olaraq qalır

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

Nurşən Quliyevə ağır itki

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Zamiqdən Cabir İmanovla bağlı təsirli paylaşım

Bəxtiyar Vahabzadə ölməzliyi Sabir Rüstəmxanlı

Bəxtiyar Vahabzadə ölməzliyi Sabir Rüstəmxanlı

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu yazını 19 il öncə yazıb dərc etdirmiş və Bəxtiyar Vahabzadənin özünə göndərmişdim; bu gün də ruhuna göndərirəm.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı deyir.

Sözügedən yazını təqdim edirik:

…Böyük şairimiz Bəxtiyar Vahabzadə Şəkiyə getməzdən öncə bir telefon söhbətimiz olmuşdu. Bu dəfə o, özü zəng vurmuşdu. Hal-əhval soruşub ümumi məsələlərlə maraqlansa da, ayrı niyyətlə zəng vurduğunu hiss eləmişdim.

«Bəxtiyar müəllim, sizi narahat edən nədir?» – deyə soruşdum. Dərdi açıldı: «Sabir, deyəsən axı, mən daha heç kəsə lazım deyiləm…»

Düzü, bu sözlər məni ağrıtdı. Ürəyimdə Bəxtiyar müəllimdən incidim. Tələbəsi olmuşam. Elə o vaxt da tələbələrlə mübahisə etməkdən zövq alardı. Sonrakı illərdə də fikir ayrılıqlarından qaçmaq mümkün olmayıb. Təzyiqlərdən, maneələrdən bıkdığı-bezikdiyi vaxtların şahidi olmuşam. Onda da ürəyini gizlətməyib. Buna bənzər sözünü bir dəfə də eşitmişdim. Bəlkə də zarafatla, məni yoxlamaq üçün deyirdi o sözü: «Sən mənim səhvlərimi eləmə. Mən cavan yaşımda «Gülüstan» poemasını yazdım və özümü millətçi kimi tam tanıdıb illər uzunu zülm çəkdim. amma Rəsul Həmzətov əvvəl Moskvanın istəyinə uyğun olaraq Şeyx Şamili söydü, hökumətdən bütün istədiklərini alandan sonra Şamilin ruhundan üzr istədi. Tədbirli tərpənsəydim, mən də öncə «Lenin» poemasını yazıb özümə səngər edər, sonra «Gülüstan»ı yazardım…»

Mən qəti etiraz elədim: «Onda siz Bəxtiyar olmazdınız».

Güldü. Söz onu tutmuşdu və sonralar çox məclislərdə bunu misal çəkirdi. Yeri gəlmişkən deyim ki, haqlı sözü etiraf eləmək də Bəxtiyar müəllimin böyüklüyünü göstərən xasiyyətlərdəndir; O, uşağın da, tələbəsinin də haqq sözünü qəbul edəndir.

Çox söhbətlərimizi xatırlayıram. ancaq həmin söhbətlərin heç biri məni telefonda dediyi sonuncu söz qədər ağrıtmamışdı və mən yenə ona etiraz elədim. Necə yəni, «mən daha heç kəsə lazım deyiləm?» Azərbaycanın ən populyar, ən sevilən şairi, bütün rəsmi imtiyazları olan, ən əsası, böyük ümumxalq sevgisi qazanmış bir insan, sağlığında klassiklər cərgəsinə qoşulmuş, şeiirləri, mahnıları dillər əzbəri olan bir sənətkar!…

Söz yox, mən Bəxtiyar müəllimin nə dediyini başa düşürdüm. O, cəmiyyətdəki etinasızlıqdan gileylənirdi; pulun, qoluzorluğun, kütbeyin imtiyazlıların at oynatdığı, sənətin, sözün, ağıllı, yaradıcı insanların qəsdən gözdən salındığı, iki sözü yan-yana doğru yaza bilməyənlərin cild-cild cəfəngiyatlarının bazarı ağzına aldığı bir mühitdə milli idealların və bu ideallara bağlı olan insanların, kitabın, istedadın tədricən necə gözdən salındığı və unutdurulduğunu görür.

Böyük şair həsrətini çəkdiyi müstəqillikdə yenə manqurt psixologiyasının hakimi olduğunu, hiyləgər Qərbə kor-koranə aşiqliyi, məmurların öz uşaqlarını ana dilində oxutdurmadığını, yabançı təsirlər altında mədəniyyətimizə, ədəbiyyata, torpaqlarımıza, Abşerona, Bakıya – yəni taleyimizə biganəliyi, marağın azaldığını və ya qəsdən azaltdırıldığını müşahidə edir və çəkdiyimiz zəhmətlər, tökülən qanlar, verilən şəhidlər, itirilən torpaqlar gözünə durur; bu boyda faciələrdən sonra da millətin tükünün tərpənməməsi, yatmış vicdanların oyanmaması onu əzir, narahat edir…

Bunlar hamımızı düşündürür və mübarizəmizin bir hədəfi də budur. Ancaq bunların heç biri Bəxtiyar müəllimin diqqətdən kənarda qalması haqqında sözlərinə əsas vermir. Buna görə də bir neçə fikrimi Bəxtiyar müəllimə çatdırmağa ehtiyac duydum:

Həm dilimizin, həm ədəbiyyatımızın, həm xalqımızın taleyi ilə bağlı, deməli, həm də öz taleyimizlə bağlı düşüncələrimdə nikbinəm. Hər şeyə ümidlə, inamla baxır, millətimizin gec-tez öz ideallarına qovuşacağına, xalqın öz milli kimliyini dərk edəcəyinə, sərvətlərinə, torpağına, dilinə, ruhuna tam sahiblənəcəyinə, bütövləşəcəyinə inanıram. Bu inam və nikbinlik sadəcə söz deyil, son əsrlərdə keçdiyimiz yolların təhlilinə söykənir. Azərbaycan iki yerə parçalanandan sonra onun Quzeyində, yəni Rusiya işğalı altında olan hissəsində tam 100 il məktəbimiz olmayıb: azərbaycanlılar vəzifəyə qoyulmadı, orduya çağırılmadı; addımbaşı bizi qonşularımızın ayağına verdilər; hər yerdə onları başa keçirdilər; açıq bir müsəlman-türk düşmənçiliyi siyasəti aparıldı. İyirminci yüzildə şəkli dəyişilsə də, məqsədi dəyişilmədi aparılan siyasətin; məktəb açılsa da, əlifba bizim deyildi; məktəbdə öyrədilən ideya antitürk mahiyyəti daşıyırdı; tariximiz, mədəniyyətimiz elə təbliğ olunurdu ki, biz millət olaraq keçmişimizi unudaq, özümüzü yenicə dünyaya gəlmiş xalqlardan biri sayaq.

Bu cür savad və bu cür maarifçilik savadsızlıqdan daha pisdir. Son yüz ildə yüz minlərlə insanımızı şüurlu şəkildə qəsdən məhv ediblər ki, milləti başsız qoysunlar – ağıllımız, düşünənimiz, qabağa düşənimiz olmasın! Bu itkilərin əzabını biz bu gün də çəkməkdə davam edirik. Bütün bunlar sübuta ehtiyacı olmayan həqiqətlərdir. amma nəticə nə oldu? Cənubda dörd inqilab, Quzeydə isə öncə iki il, bu gün isə inşallah əbədi olacaq bir müstəqillik! Çox uzaq olmayan bir keçmişdə dövlət idarələrindən didərgin salınmış bir dil bu gün rəsmi dövlət dilidir; Akademiyanın, universitetlərin, orta məktəblərin, bağça və körpələr evlərinin dilidir… Bu dildə çoxlu qəzet, jurnal çıxır, kitablar nəşr edilir; televiziyalar gecə-gündüz millətə bu dillə müraciət edir…

Qüsurların olmasını kimsə inkar edə bilməz və biz bu qüsurları tənqid edirik. amma fakt faktlığında qalır. Bu müstəqilliyə, dilimizin bu səviyyəyə qalxmasına görə biz ilk növbədə Azərbaycan ədəbiyyatına, qələm sahiblərinə, millətin fikrini daim ovxarlı qılınc kimi saxlayan insanlara, o cümlədən Bəxtiyar Vahabzadəyə borcluyuq. Böyük şairlər raketlərə bənzəyirlər. Onlar yanıb qurtarandan sonra əsas aparatdan ayrılırlar ki, raketlər orbitə çıxsın. Bizim borcumuz milləti bu müstəqillik və kamillik orbitinə çıxarmaqdır. Ondan sonra yada düşüb-düşməməyimiz, haqqımızın verilib-verilməməsi önəmli deyil…

Həm də «haqq» deyiləni düzgün başa düşməliyik. Haqq bizə verilən mükafatlar, ordenlər, ad-san, deputatlıq, özümüzün qazandığımız deyil, millətimizin qazandığıdır. Bunu Bəxtiyar müəllim özü dəfələrlə yazıb. İşığını insanlara verib əriyib bitən şam obrazı buna görə Bəxtiyar müəllimi dəfələrlə ilhamlandırıb. Yəni, böyük mənadan yanaşanda Bəxtiyar müəllim Qarabağı itirməyimizdən, azərbaycanın hələ də bütövləşməməsindən, müstəqillik ideallarımızla bugünkü hakimiyyət reallıqları arasındakı fərqdən narahat olmalıdır. amma unudulmaqdan, yada düşməməkdən yox. Çünki «Bəxtiyar Vahabzadə» demək, söz, şeir, ana dili deməkdir və nə qədər ana dilimiz yaşayırsa, o qədər də Bəxtiyar Vahabzadə yaşayacaq, onu heç bir qüvvə millətin tarixindən və yaddaşından silə bilməyəcək!

Əziz Bəxtiyar müəllim!

Yaşa dolmağın, xəstəliyin gətirdiyi həssaslığı, kövrəkliyi, hamıdan diqqət ummaq hissini yaxşı başa düşürəm. ancaq bir çox böyük sənətkarlar kimi, görünür, siz də Azərbaycanda, eləcə də qonşu Türkiyədə hansı böyük sevgi qanadında yaşadığınızı, hansı mərtəbədə dayandığınızı yetərincə bilmirsiniz. Şairlərin xoşbəxtliyi burasındadır ki, onların əkdiyi söz biryolluq deyil! Bir atımlıq barıt, bir dəfə hədəfə dəyən güllə… şeir bunlara bənzəmir. Söz hər gələn nəsillə yenidən doğulur, yenidən insanların sevgi tərcümanı olur, mübarizəsinin yolunu göstərir… Beləcə ara vermədən yüz illər boyu bar-bəhrəsi ilə millətin mənəvi qidasına çevrilir. Siz imperiya ədəbiyyatı adlandırıla bilən bir ədəbiyyatdan sonra ədəbiyyatımızın milliləşməsində öz ruhumuza, tariximizə, qayğılarımıza və ideallarımıza qayıtmasında misilsiz bir xidmət göstərmiş, əsl milli mücahid, əsl xalq şairisiniz. Sizin böyük poetik qəhrəmanlığınız olmasa, ötən əsrin ikinci yarısı son dərəcə kasıb, solğun, dişsiz və qanadsız olardı. Siz özünüzdən sonra gələn nəsillərin böyük vətəndaşlıq məktəbini yaratmış bir şairsiniz. Bəlkə bu böyüklüyünüzü qısqananlar da çox olub. Qeybət qırmaqda, bir-birimizi ləkələməkdə bizim əvəzimiz yoxdur. O illərdə gəzən xırda söz-söhbətlər indi də yadımdadır. «Bəxtiyar Vahabzadə təzə maşın alıb… ev alıb, uşaqları filan yerdə işləyir…» və s.

Yadıma məşhur gürcü yazıçısı Nodar Dumbadzenin hələ sovet vaxtı dediyi bir söz düşdü. Bizim «necə dolanırsan?» sualımıza «məni Gürcüstan hökuməti və gürcü xalqı saxlayır, – demişdi. – Rayonların birində böyük portağal sahəsi ayırıblar, becərib, yığıb, gəlirini mənə verirlər…»

Bizdə isə belə düşünürlər ki, əgər şair xalqını sevirsə, xalqın yolunda şəhid olmalıdır (şairlər bundan qaçmırlar!), ya da xalqın evi olmalıdır, onun yox; xalqın uşaqları oxuyub ən yüksək vəzifəyə qədər yüksələ bilər, amma şairin uşaqları ictimaiyyət arasına çıxmalı deyil; məmurların gündə bir maşını ola bilər, amma şairlər gərək ilhamın qır atından başqa bir minik tanımasınlar… amma belə düşünənlər tək-tək nadanlar olub. Xalqı irəliyə aparan onun tarixinin mühərriki vəzifəsini yerinə yetirən fikir adamlarıdır. Və təəssüf ki, bizdə uca başları kəsmək, qabaqda gedənlərin kölgəsini qılınclamaq «ənənəsi» yaşayır.

Əziz Bəxtiyar müəllim!

Sizin böyüklüyünüzü dərk eləmək üçün gərək hərdənbir götürüb kitablarınızı vərəqləsinlər. Düzdür, indi kitab oxumaq bir az dəbdən düşüb. amma tarixin gözəlliyi burasındadır ki, o nə qədər laqeyd görünsə də, gərəkli anlarda yenə böyüklərimizin ruhuyla, sözüylə dirçəlib ayağa qalxır. Siz bir neçə insan ömrünə, yüz illərin çərçivəsinə sığmayan milli dava yükünün daşıyıcısısınız. Bu artıq fiziki mövcudluqla bağlı olmayan məsələdir. Gəncliyimdə hər şerinizin ürəyimdə necə tufan qopardığını xatırlayanda sizə minnətdarlığımı bir daha dilə gətirməyimi özümə borc bilirəm… Sizə minnətdarıq ki, SSRİ-nin əbədi mövcud olacağının təbliğ edildiyi bir vaxtda bizə Gülüstan faciəsini xatırlatdınız, bizə Vətən Sevgisi dərsi keçdiniz, şair şəxsiyyətinin hər cür sistemlərdən ucada və müstəqil yaşaya bilməsinin nümunəsini göstərdiniz. Sizin başladığınız böyük vətəndaşlıq yolunun, mübarizə poeziyasının, ictimai ruha, milli taleyə köklənmiş əsərlərinizin ömrü əbədi olduğuna görə, sizin də ömrünüz əbədidir.

Bu gün əli ürəyinin üstündə, rahatlıqla keçdiyiniz ömür yolu haqqında, özünüzə hesabat verə bilərsiniz. Bu ömrün işığı Azərbaycandan çox-çox uzaqlara yayılıb. Və bu yolun yurd sevgisinin böyüklüyündə, mübarizlikdə sizə bənzəməyə çalışan saysız-hesabsız yolçuları var. Ədəbiyyatı, sənəti, milli azadlıq mübarizəmizi, sahib olduğumuz mənəvi dəyərləri gözdən salmaq istəyənlərin qarşısında bu milli dava meydanında sizinlə yanaşı biz də varıq və bundan qürur duyuruq.

Sabir Rüstəmxanlı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see315

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see281

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see205

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see194

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see185

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see184

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see152

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see150

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see143

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see138

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see137

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see136

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see131

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see131

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see130

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see130

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see128

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see127

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

29 Sentyabr 2025 23:47see125

Zamiqdən Cabir İmanovla bağlı təsirli paylaşım

29 Sentyabr 2025 15:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri