Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan Səninlə dünyada bəxtiyaram mən adlı ədəbi musiqili proqram təqdim edilib FOTO

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan Səninlə dünyada bəxtiyaram mən adlı ədəbi musiqili proqram təqdim edilib FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edib. Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılara xoş ovqat bəxş edib. 

Konsertdə Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə kollektiv müxtəlif musiqi janrlarını - muğam, estrada, klassik bəstəkar yaradıcılığı və caz elementlərini özündə birləşdirən geniş repertuar təqdim edib. Şairin sözlərinə unudulmaz bəstəkar Emin Sabitoğlunun bəstəsi olan "Azərbaycan" əsəri ilə başlanan  konsert proqramı azərbaycan bəstəkarlarının şairin sözlərinə bəstələdiyi dillər əzbəri olan mahnılarla davam edib. Gecə boyu Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin yuxarı sinif şagirdlərindən ibarət rəqs kollektivinın çıxışı tədbirə  xüsusi rəng qatıb.
Xalq artisti Mehribam Zəkinin ifasında şairin poeziyasından nümunələr gecənin bədii xəttini daha da zənginləşdirib. Teatrallaşmış şəkildə təqdim edilən musiqi nömrələri, şairin  məşhur şeirləri ilə vəhdət təşkil edərək  tamaşaçılara Bəxtiyar Vahabzadənin bir daha Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından biri olduğunu nümayiş etdirib. Konsert boyunca xorun və solistlərin ifasında "Biri sənsən, biri mən", "Dodaqda gəz", "Gecələr bulaq başı", "Sən güldən də gözəlsən", "Sənin vüqarın mənəm", "Bir millət, iki dövlət", "Ana torpaq" kimi əsərlər də səsləndirilib. İfaları Əməkdar artist Nərgiz Əliyeva (piano), Səxavət Məmmədov (tar), Yusuf Rüstəmov (nağara), Röyal Heydərli (saz), Hüseyn Ələkbərli (balaban) və Mahir Quliyev (kamança) müşayiət edib. 
Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilən ədəbi- musiqili gecə şairin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu, poeziyasının insanı daim mənəvi ucalığa səslədiyini, poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində böyük rol oynadığını musiqi və şeirin dili ilə nümayiş etdirib. 
İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri