Icma.az
close
up
RU
Bəyanatının icrasında ciddi problemlər qalırdı KONKRET

Bəyanatının icrasında ciddi problemlər qalırdı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatın 4-cü bəndində Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması, 9-cu bəndində isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulurdu. Lakin bu məsələlər uzun müddət öz həllini tapmadı”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Müharibədən sonrakı dövrdə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin təxribatları, yeni mövqelərin yaradılması və möhkəmləndirilməsi, Azərbaycan hərbçilərinə qarşı silahlı insidentlər və mina təhlükəsi regionda sabitliyin tam təmin olunmasına mane olurdu. Bu birləşmələrin maliyyə və təchizat baxımından Ermənistandan dəstək alması vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Nəticədə müharibədən sonra formalaşmış atəşkəs rejimi davamlı təhlükəsizlik təmin edə bilmədi və Qarabağ ətrafında yeni hərbi-siyasi gərginlik yarandı. Azərbaycan bu proseslərin nəticəsi olaraq 2023-cü ilin sentyabrında antiterror tədbirləri həyata keçirdi. Təxminən bir gün davam edən əməliyyatlardan sonra Qarabağdakı erməni silahlı birləşmələri təslim oldular. Bununla ölkə ərazisində separatçı silahlı strukturların fəaliyyəti ləğv edildi və Azərbaycanın suverenliyi bütün ərazi üzərində bərpa edildi”.

Siyasi şərhçi vurğulayır ki, 2023-cü ildən sonra regionda yeni reallıqlar formalaşmağa başladı.

“Qarabağda təhlükəsizlik şəraitinin dəyişməsi ilə bərpa və quruculuq layihələri sürətləndi, əhalinin azad olunan digər ərazilərə də qayıdışına şərait yarandı.  Xankəndi, Xocalı və digər ərazilərdə infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin bərpası istiqamətində işlər genişləndirildi. Qarabağ Universitetinin fəaliyyətə başlaması da regionda yeni sosial və iqtisadi mərhələnin formalaşmasının göstəricilərindən biri oldu.

Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdikdən  sonra  isə diqqət əsasən ərazilərin bərpasına, keçmiş məcburi köçkünlərin qayıdışına və regionda yeni siyasi və iqtisadi reallıqların formalaşdırılmasına yönəldi”.

Aynurə İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri