Icma.az
close
up
RU
Beyin özünü əvvəllər düşünüldüyündən daha yaxşı bərpa edir ARAŞDIRMA

Beyin özünü əvvəllər düşünüldüyündən daha yaxşı bərpa edir ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Beyinin zədələrdən və bəzi autoimmun xəstəliklərdən sonra özünü bərpa etmək qabiliyyətinin əvvəllər düşünüldüyündən daha yüksək olduğu müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, Sürix Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmada beyində zədələnmiş toxumanın bərpasına kömək edən xüsusi “bərpaedici” astrositlər qrupu aşkar ediblər. Astrositlər beyində neyronları qidalandıran, qan axınını tənzimləyən və beyin toxumasının sağlamlığını qoruyan dəstək hüceyrələridir. Əvvəllər hesab olunurdu ki, bu hüceyrələr itirildikdə yetkin beyin onları tam şəkildə bərpa edə bilmir.

Tədqiqat zamanı alimlər canlı siçanların beynini bir neçə həftə ərzində real vaxt rejimində müşahidə ediblər. Nəticədə zədələnmiş sahələrin kənarında yerləşən xüsusi astrositlərin toxumanın bərpasında iştirak etdiyi müəyyənləşdirilib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri bu hüceyrələrin yeni yaranmış hüceyrələrin nüvələrini uzun məsafələr boyunca zədələnmiş beyin sahələrinə göndərməsidir. Bu proses astrosit şəbəkəsinin yenidən qurulmasına və zədələnmiş toxumanın bərpasına kömək edir.

Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin necə işlədiyini daha yaxşı anlamaq gələcəkdə beyin zədələri və astrositlərin itirilməsi ilə müşayiət olunan bəzi xəstəliklərdən sonra sağalmanı sürətləndirə bilər. Alimlər, həmçinin bərpa prosesi zamanı aktivləşən bir sıra gen və siqnal yollarını müəyyən ediblər. Bu mexanizmlərin gələcəkdə zədələnmiş beyin toxumasının məqsədyönlü şəkildə bərpası üçün yeni müalicə üsullarının hazırlanmasında istifadə oluna biləcəyi gözlənilir.

Araşdırmanın müəllifləri bildirirlər ki, nəticələr yetkin beyinin özünü bərpa etmək qabiliyyətinin əvvəllər məlum olmayan xüsusiyyətlərini ortaya qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri