Beyinə qan sızmışdı: Məşhur jurnalistin son durumu necədir? FOTO
1990-cı illərdə Türkiyədə televiziya jurnalistikasında iz qoyan adlar arasında yer alan Reha Muxtardan avqust ayında kədərli xəbər gəlmişdi.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Reha Muxtar oğlu Poyrazla bir məkanda əyləndikdən sonra öz agentliyindən keçdiyi malikanəsinin pilləkənlərindən yıxılaraq ağır xəsarət almışdı.
Oğlu Poyrazın xəbər verməsindən sonra qonşuları tərəfindən beyin qanaması şübhəsi ilə xəstəxanaya çatdırılan Muxtarın respiratora qoşulması yaxınlarını kədərləndirmişdi.
65 yaşlı Reha Muxtarın müalicəsi uzun müddət reanimasiyada davam edib. Onun səhhətinin vəziyyəti həftələrlə ağır olaraq qalırdı.
Muxtar ötən həftə xəstəxanadan buraxılıb.
Son olaraq sosial şəbəkə hesabında paylaşım edən Muxtar paylaşımına “Salam həyat” yazıb.