Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Yusif Nəğməkarın yaradıcılığında vətənpərvərliyin poetik əksi

Yusif Nəğməkarın yaradıcılığında vətənpərvərliyin poetik əksi

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Fılologıya elmləri doktoru Mərziyyə Nəcəfova

Qarabağ savaşı mövzusu Azərbaycan poeziyasından qırmızı bir xətlə keçdi. İstər birinci Qarabağ savaşı, istər Vətən müharibəsi yetəricə poetikləşdi, təbii ki, torpaq azadlığı mövzusu 90-cı illər şairlərinin əsas mövzusuna çevrildi. Bu baxımdan Yusif Nəğməkarın yaradıcılığı özünəməxsusluğu və yaşanan hadisələrə real münasibəti ilə yadda qaldı, tarixə çevrildi, 90-cı illər ədəbiyyatının nadir inciləri kimi ədəbiyyat tariximizi bəzədi.   Yusif Nəğməkar hələ torpaqlarımızın işağal altında qaldığı illərdə yazdığı “Qarabağ dərdi yazmaq...”şeirində içindəki Qarabağ həsrətini belə dilə gətirirdi:

Qarabağ dərdi yazmaq

İndi vicdan işidir;

 Bu olay, Yurdumuzun

Ən qaranlıq bugünü,

 Həm də ağ keçmişidir...

 Müəllif “bizi biz qoruyaq” nidası ilə torpaqlarımızı azad etmək üçün çağırış edirdi:

Ağladıqca bu dərdi

 göz yaşımız quruyar.

Bizi biz qorumasaq,

Tanrı hardan qoruyar?!

Şair şeirin son bəndində illərlə dünyaya səs salsaq da harayımıza bir kimsənin çatmadığını  xatırladaraq, haqq səsimizin nahaq qəbul edilməsinə də işarə edir:

Qarabağ dərdi yazmaq-

Kimə, hara yazmaqdır?!

Dünyanın nəzərində

Ağ qələmlə də yazsan,

Yenə qara yazmaqdır.

 O ağrılı günlərdə şair “Mənə nəğməkar deməyin” başlıqlı şeirini yazmışdı. Şeir başdan-başa vətənpərvər şairin harayı, çağrışı idi. Yusif Nəğməkarın poeziyasının qüdrəti odur ki, o, sözü vaxtında  deyə bilən cəsarətli, ədalətli və vicdanlı şairdir:

Dostlarımla şərtimiz var,

 Mənə nəğməkar deməyin.

Nəğmədən çox dərdimiz var,

 Mənə nəğməkar deməyin.

...Bəla bəhri-qəm daşlarım,

Hələ fikir savaşlarım.

Qurumayıb göz yaşlarım,

 Mənə nəğməkar deməyin.

Bilsin haqqı düzənləyən,

Yaralıyam, hüzünlüyəm.

Ey qazilər, sizinləyəm,

 Mənə nəğməkar deməyin.

Akademik Nizami Cəfərov haqlı olaraq bu şeir haqqında yazır:”Azərbaycanın çətin, ağrılı günlərində şair Vətənin tərcümeyi-halını öz tərcümeyi-halı kimi yaşayır.”(Nizami Cəfərov , “Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar”, “Ədbiyyat və incəsənət” qəzeti, 13.02.2024)

“Mən Vətənə oxşayıram” şeirində də şair bu ideyanı diqqətə çatdırır. Əslində onun vətən şeirlərini oxuduqca sözün həqiqi mənasında Yusif Nəğməkarın başdan ayağa vətənləşməsini izləyirik:

Vücudum Qarabağlanıb,

 Mən Vətənə oxşayıram!

Bənzərim yaz-qış bir az,

Otu bir az, daşı bir az...

Alnımın qırışı-Araz,

 Mən Vətənə oxşayıram.

Yusif Nəğməkar poeziyasında qiymətli tərəflərdən biri onun Qarabağ dərdini -torpaq itkisini içində yaşada bilməsindədir. Ədəbiyyatşünas Qurban Bayramov onun duyğularının doğmalığının reallığından, misralara axışından bəhs edərək yazır:”Onun duyğuları sənə doğma gəlir, sənin öz duyğuna çevrilir... Onun ruhunda yaşayanlar yurd yanğısında poetik yanğıya dönür, misra-misra çınqılanır, sonra ürəklərdə alova çevrilir.”(Qurban Bayramov, “uğurları yaşına sığmayan Vətənkeş şair-Yusif Nəğməkar”.Yazarlar.az.14.06.2000)

İllərlə Qarabağdan söhbət düşəndə deyilən”hələlik” kəlməsi şair səbrini daşdırır, bu ifadəni qəbul edə bilməyən şair içindəki üsyanı belə ifadə etmişdi:

İndi fürüsət kimi əlimizdən çıxıb,

Sinəmizdə dağ elədiyimiz,

Lap elə ağ elədiyimiz

“hələlik” kəlməsitək

Dilimizə düşən Qarabağ!

Səbirli nisgilimizin

Oyanmış gözlərində gecələyən,

Gecəmizi heç eləyən

Qara kədərdir.

Ya Qarabağ-

Ya qara baxt!

Ayrı ağ gün hədərdir!

İllərlə vətən həsrəti və torpaq azadlığı mövzuları nəhayət Qarabağ torpaqlarının azadlığı mövzusuna çevrildi. Zəfər uğurunun poetik anlamda portretini yaratmaq şairə nəsib oldu. Qürurumuzu, 44 günlük müharibədən qalib xalq kimi çıxa bilməmizi Azərbaycan xalqının, başda Ali Baş Komandan olmaqla birlik və bərabərliyimizin, ədalətli aparılan müharibənin nəticəsi kimi dəyərləndirdi və yaşadığımız qüruru misralara sığdırdı.

Yusif Nəğməkarın “Ruhumuzun zəfəri” şeiri qürurumuzun, qəhrəmanlığımızın əvəzsiz salnaməsidir. Gözaydınlığı ilə başlayan şeir qəhrəmanlıq dastanı kimi davam etdirilir:

Gözün aydın, ey Vətən, izin qayada, daşda,

Sən mübarək eylədin döyüşünlə qəzanı.

 Baş ucaltdın şərəflə bu köksal, mərd savaşda,

Açıq ürəklə tutdun haqq tərəzi-mizanı.

Əllərini uzatdın ümidin salamına,

Doğma Qarabağını bağrına basdın, Vətən,

Uydun hikmət məramlı atalar kəlamına:

“güc axırda gülənin...”susadın, susdun, Vətən...

İllərdi mübarizə ruhunu poetikləşdirən şair bu işdə Ali Baş Komandanın məramındakı ruhun səfərbərliyini özünəməxsus şəkildə dəyərləndirir, burda Ali Baş Komandana böyük hörmət və minnətdarlıq hissi ilə bərabər Azərbaycan xalqını dəmir yumruq altında birləşdirə bilməsindən doğan qürur, fəxarət hissi də əsas yer alır:

Lələk atan quş kimi xeyirxah ramındakı

Əzmin  əks-sədası ərləri simurq etdi,

Ali Baş Komandanın ali məramındakı

Ruhun səfərbərliyi xalqı bir yumruq etdi!..

Şər yağmurda islanıb, içib alov şehləri,

Əsgər, zabit, general bir əhdə qol açdılar.

Xüsusi təyinatlı Qarabağ fatehləri

Arxalanıb qeyrətə, Şuşaya yol açdılar!..

Şəhidliyin qəhrəmalıq səviyyəsində əksi bu şeirdə az sözlə böyük məna qatına yüksələ bilmək şairin oğullarımızın Vətənə qurban gedə bilmək cəsarətini səmaya ucalan ruhlar kimi poetikləşdirməsi çox böyük əhəmiyyət kəsb edir:

Torpaq imdad deyəndə köhlən çapan əlaca

Haqqın haqq hüzuruna qanadlanıb yetəndir,

Fədai şəhidlərə əyilən başlar uca

 Səma ünvanlı ruhlar hərəsi bir vətəndir!

Qurban verdin bu yolda, dönmədin amalından,

Şəhidlərin qanından hüzurun çiçəklədi.

Babaların mirası igidlik təməlindən

Ümidlər pöhrələndi, arzular çiçəkləndi.

Zəfəri təkcə silahdan odlar saçmaq kimi görməyən, ruhumuzun istiqlal havası adlandıran şair ruhumuzun hüzurunu bütün bəndlərdə tərənnüm edir. Erməni əməlini quşun eyvana çöp taparaq dönməsini diqqətə çatdıraraq dəqiq bir bənzətmə ilə fikrini daha da möhkəmlədir, ermənilərin xarakterlərindəki cılızlığı oxucusuna xatırladır,erməninin quş kimi eyvandan-eyvana qonmasını onların xarakteri kimi verərək,onlara  yaraşan bir dillə ifadə edir:

Quş eyvana çöp taxıb, dönər, uçmaq deyilki...

Yürduna bağlı ürək saf eşqin yuvasıdır.

Zəfər təkcə silahdan odlar saaçmaq deyilki,

O, həm də ruhumuzun istiqlal havasıdır.

“Şuşanın tarixi dili...” şeirində isə Şuşa tarixini gözəl bilən və keçmişin qan dəftərinin vərəqlərində yaşanan tarixi saxtakarığı, xəyanəti izləyən şair qədim Qarabağın əbədiləşən salnaməsini poetikləşdirərək Şüşanın bütöv obrazını yaradır. Şuşanın tarixi haqqında heç bir məlumatı olmayan biri bu şeir vasitəsi ilə Şuşa tarixinə ekskurs edir, bilgilənir və erməni vandalizminin qurbanları ilə tanışır:

 Dözdün bəlalara çox, Ana yurdum;

Hamısı xəyanət üzündən olmuş...

Qanrılıb  keçmişə baxanda gördüm

 Bu yerə göz dikən gözündən olmuş...

Şah Qacar süvarkən bu qala kanə

 Tarix yaddaşında qüsur qalacaq...

O dəm Xan getsə də, Car Balakənə,

Baş vəzir Şuşada cəsur qalacaq...

Dağlar -dağ çəkilib dağ udanların...

Qarabağ -sevgimiz odası indi.

 Məğrur məqbərəni dağıdanların

Da\ılan tifaqdır ədası indi...

əsli olmayanlar udsun səsini,

 Nə Vətən göstərib, nə ad çəkirlər.

İsa bulağının zümzüməsini

 Çarmıxa çəkənlər fəryad çəkirlər!..

Donuzlar qatlamaz nərlər dizini,

Qurşaq tutan ərlər zəfər duyacaq

Cıdır atlarının kişnərtisini

 MəsudCıdır düzü müjdə yayacaq.

Şuşa-şiş zirvədə kövrək bir şüşə,

Şair ürəyitək döyünə bilər.

Tanrımız köksünə taxdığı döşə

Hər kəs səcdəsilə öyünə bilər!..

Şuşanın vəsvinə yazılmış qiymətli bir nümunədir ki. Şuşa tarixində əbədi qalacaq. Ona görə ki, Şuşanın tarixinə ədalətli mövqedən münasibət bildirən şair cəsarətli olduğu qədər də ədalətlidir. Faktlar realdır, yaşananlar şeirin təsir gücünü daha da artırır.

Şairin “Otuzdan az qırxdörd...” şeirində isə fəlsəfi ifadələr güclüdür. 30-il Qarabağsız yaşamaq, bu çəkilməz ağrını, kədəri misralara bölmək söz adamları üçün çəkilməz yük-vicdan ağrısıdır. Müəllif qırx dörd günlük savaşın qələbə ilə sonlanmasından  nə qədər qürurlansa belə otuz illik ağrını, yaşanan işgəncənin yükünün neçə 44lərə sığışmadığını kədər hissi ilə açıqlayır:

Tarix saatını durdurdu birdən,

       Ümid baharımız qandan qışladı...

              Zaman buzlaq kimi donduğu yerdən

İsinib, sındığı yerdən başladı.

  Üşüyən torpağa isti qan töküb,

             Çoxdan ər səsləyən meydana girdik.

 Ürəyi qeyrətə, hünərə büküb,

      Qarabağ səbrinin üstünə sərdik.

        Yu­sif Nəğ­mə­ka­rın  “Şə­hid zöv­cə­si” şei­rin­də də  şəhidin bizlərə buraxdığları həyat yoldaşlarının həsrət yanğısı, yaşantıları əks edi­lib. Re­al­lıq və ob­raz­lıq, şə­hi­din qo­yub get­di­yi hə­yat yol­da­şı­nın can­lı ya­şa­mı. Hə­yə­can­sız, ağ­rı­sız oxu­maq mü­mü­kün­süz­dür. Şei­rin bü­tün bənd­lə­ri oxu­cu­nu sar­sıdır. Bu əzab­lı hə­ya­tın por­tre­tin gör­mə­mək müm­kün de­yil. Mü­əl­lif gənc ya­şın­da dul qa­lan bu xa­nı­mı ta­nış edər­kən onu “həm si­nə da­ğım­san, həm də baş ta­cım” de­yə təq­dim edir. Bu mis­ra­da şai­rin xal­qın di­lin­dən şə­hid xa­nı­mı ”si­nə da­ğım” ad­lan­dır­ma­sı ilə bə­ra­bər onu xal­qın baş­ta­cı ki­mi qiy­mət­lən­dir­mə­si xal­qı­mı­zın əs­lin­də şə­hi­di­nə və şə­hid xa­nı­mı­na ver­di­yi də­yər­di.

Döz­dün sən hə­ya­tın zər­bə­lə­ri­nə...

Ümid müj­də­lə­rin - Tan­rı­dan əta.

Ata so­raq­la­yan kör­pə­lə­ri­nə

Bir üzün ana­dır, bir üzün ata.

Dərd köh­lən, yol yə­hər, inam üzən­gi,

Bir di­lək min ci­lov çey­nə­yib udur...

Hər­dən ba­sı­lan­da qa­pı­nın zən­gi

Elə bi­lir­sən ki, gə­lə­nin odur...

Ge­də­nin dön­məz ol­du­ğu­nu ifa­də et­mək üçün şa­ir “Dərd köh­lən, yol yə­hər, inam üzən­gi” ifa­də­sin­dən is­ti­fa­də edir ki, bu da  qiy­mət­li və ye­ni  iş­lən­mə­miş poe­tik ifa­də­dir.

San­ma köh­lə­nə­cək hər ötən”bo­yat”,

Tə­zə­cə nis­gil­lə boy at-şə­hid­dir.

Onun ta­le­yin­də şə­hid­lik-hə­yat,

Sə­nin göz­lə­rin­də hə­yat şə­hid­dir.

 (Yu­sif Nəğ­mə­kar,”Şə­hid zöv­cə­si”)

Şa­ir şə­hi­din ölü­müy­lə ölüm­süz­lük qa­zan­ma­sı ilə bə­ra­bər gənc qa­dı­nın sö­nən hə­ya­tı­nı, hə­ya­tı­nın şə­hid ol­ma­sı­nı­nı da re­al ək­si­ni ifa­də edir. Gənc ya­şın­da dul qal­maq və şə­hid qa­dı­nı ol­ma­ğın bun­dan ağır ifa­də­si­ni ver­mək müm­kün­süz­dür.

Yu­sif Nəğ­mə­ka­rın “Oğul­lar şə­hid ol­du ki...” şei­ri də şə­hid olan oğul­la­rın qəh­rə­man­lı­ğı, tor­paq­la­rı­mız uğ­run­da mü­ba­ri­zə­lə­ri əks edi­lir. Yu­sif Nəğ­mə­kar han­sı möv­zu­da ya­zır­sa yaz­sın hər za­man xal­qın “Qə­lə­min sə­sin­dən, xal­qın sö­zü­nə” (İsa Hə­bib­bəy­li) uca­lır, xal­qı­nın sə­si­ni qə­lə­miy­lə bə­yan edir. Yu­sif Nəğ­mə­ka­rın Və­tən, şə­hid­lik möv­zu­lu şe­ir­lə­ri İsa Hə­bib­bəy­li­nin onun ya­ra­dı­cı­lı­ğı haq­qın­da fi­kir­lə­ri ya­da sa­lır.

“Yu­sif Nəğ­mə­ka­rın Və­tən şe­ir­lə­rin­də tə­rən­nüm apa­rı­cı gö­rün­sə də, fi­kir əsas qa­yə­ni mü­əy­yən edir. Ümu­mi ru­hu eti­ba­ri­lə  tə­rən­nüm poe­zi­ya­sı nü­mu­nə­si olan “Azər­bay­can ol­maz” şei­ri­nin hər bən­din­də ori­ji­nal, dü­şün­dü­rü­cü və ib­rə­ta­miz fi­kir­lər ob­raz­lı şə­kil­də ifa­də olun­muş­dur.” (İsa Hə­bib­bəy­li”, “Qə­lə­min sə­si”ndən xal­qın sö­zü­nə”, “Ədə­biy­yat qə­ze­ti, 16.07.2020)

Mü­əl­li­fin şə­hid­lər haq­qın­da yaz­dı­ğı şe­ir­lər­də də bu cə­hət­lə­ri mü­şa­hi­də et­mək olur.

Ər­zin ərz di­li lal­dı ki!...

Çul­ğa­ma­sın şər dün­ya­nı.

Oğul­lar şə­hid ol­du ki,

Ta­nı­sın bə­şər dün­ya­nı...

Qan­la tor­pa­ğı yo­ğur­dun-

Və­tən bil­mə on­suz­lu­ğu...

Oğ­lu şə­hid olan Yur­dun

Ol­mur ki­şi son­suz­lu­ğu!...

Oğul­lar ni­yə şə­hid oldu? sua­lı­na şa­ir on­lar­ca ca­vab ve­rir. Bu mis­ra­lar poe­tik de­yim­də da­ha də­rin an­lam da­şı­yır. “Oğul­lar şə­hid ol­du ki, şə­hid­lik də oğul­lan­sın, oğul­lar şə­hid ol­du ki,qəm ki­ri­sin fər­ya­dın­da, oğul­lar şə­hid ol­du ki, bir ölən­də yüz di­ril­sin.” Bu mis­ra­lar­da  bu  ib­rə­ta­miz de­yim­lər də şei­rin tə­sir gü­cü­nü da­ha da  atı­rır.

Yusif Nəğməkarın  vətən şeirləri saysızdır. Onun poeziyasında Vətənsevərlik, Vətəntəşnəlik geniş anlayış kəsb edir. Zəfərdən sonra müəllifin qələmə aldığı “Azərbaycan-Türkiyə bayrağı” şeiri böyük əhəmiyyətə malikdir. Ədəbiyyatşünas Qurban Bayramov şeir haqqında yazır: “Azərbaycan-türk bayrağı şeiri qələbənin. Zəfərin türkün birliyində olduğunu vəsf edir... ,Şeirin  məzmunca möhtəşəmliyi də buna bağlıdır. Əhəmiyyətli olan cəhətlərdən biri də budur ki tarixin dərinliklərindən üzü bəri türk qövmünün bayraqları sırasında da  müasir mərhələdə Azərbaycan -Türk bayraqlarının yanaşı dalğalanması ümumtürk həmrəyliyində olduqcq böyük ictimai-sosial, siyasi əhəmiyyət kəsb eləyir. Burada bütöv Turan var, əslində bütün soytürk ruhu şeirdə camü-cəm olubdur.”

                        Ozandan əzana gələn,

                       Yazandan, yozana gələn,

                        Dürüst bir mizana gələn,

                        Azərbaycan -Türk bayrağı!

                        Doğma yurdların can səsi,

                        Cümhuriyyət iradəsi,

                        Məslək, amal təntənəsi,

                        Azərbaycan -Türk bayrağı.

 Nəğməkarın “ Qalx ayağa , türküm mənim!” şeirində də birlik və bərabərliyimiz  şeirinəsas ideyası kimi qiymətləndirilir.

                          Hər an düz yolda -haqdasan,

                         Haqqa dirək bayraqdasan,

                          Silah kimi ayaqdasan;

                         Varlığımı dərkim mənim-

                         Qalx ayağa türküm mənim!

 Yusif Nəğməkar poeziyası tanınmış ədəbiyyatçılar tərəfindən qiymətləndirilib və hər zaman diqqət mərkəzindədir. Onun yaradıcılığı AMEAnın Prezidenti, akademik İsa Həbibbəyli, akademik  Nizami Cəfərov, akademik Bəkir nəbiyev, Prof. Bədirxan Əhmədov, Prof. Asif Rüstəmli, tənqidçi Qurban Bayramov, Ədəbiyyatşünas Adilə Nəzər və onlarca tədqiqatçı tərəfindən əsərləri araşdırlıb, müasir dövr poeziyasından, Qarabağ mövzusundan bəhs edilən   elmi monoqrafiyalarda   nümunələr çəkilib, müasir dövrün ən qüdrətli şairi kimi dəyərləndirilmişdir. Müstəqillik dövr Azərbaycan ədəbiyyatı apaşdırmaçısı kimi şairin yaradıcılığının namizədlik işi səviyyəsində araşdırılmasının ədəbiyyat tariximiz üçün qiymətli bir məxəz olduğunu diqqətə çatdırmağı özümə borc bilirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Oktyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri