Icma.az
close
up
RU
Beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini daha da artırıb

Beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini daha da artırıb

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynamaqda davam edir. Şimal ilə Cənubu birləşdirən nəqliyyat qovşağına da sahiblik edən ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsi olması onun strateji əhəmiyyətini daha da artırır. Son 20 ildə ölkəmizdə nəqliyyat sisteminin yenidən qurulması istiqamətində atılan addımlar həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verib, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirilməsinə səbəb olub. Beynəlxalq standartlarına cavab verən yeni quru və dəmir yollarının tikilməsi, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidlərinin inşa olunması, yeni metro stansiyaları, yol qovşaqlarının istifadəyə verilməsi, eyni zamanda yeni nəqliyyat layihələrinin hazırlanması dövlətimizin bu sahəyə nə qədər önəm verdiyini göstərir. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizdə nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə geniş məlumat verdi: “Aparılan məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rolun əhəmiyyətini daha da artırıb. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və ölkəmizin iqtisadi, siyasi nüfuzuna müsbət təsiri illər öncə aparılmış uzaqgörən siyasətin nəticəsidir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə təlabat ildən-ilə artması bu dəhlizlərin aşırma qabiliyyətinin daha da gücləndirilməsini diktə edir. Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu zamanında böyük müqavimətlə qarşılaşsa da, xüsusilə də, ABŞ-dakı erməni diasporu və onların sözü ilə hərəkət edən siyasətçilər bu layihəyə qarşı çıxsalar da, ölkəmiz geri addım atmadı. Bir neçə il ərazində aparılan danışıqlardan sonra Gürcüstanı layihəyə razı salmaq mümkün oldu. Həqiqətən də, əgər vaxtında Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bu gün Orta Asiyadan yüklərin Avropaya daşınması çətin olardı və ya bu, ölkəmizdən kənar həyata keçiriləcəkdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün təsdiq edilmiş Fəaliyyət Planında da qeyd olunub ki, regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda problemlər yaranıb. Bu da Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olub. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Son 20 il ərzində 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Azad edilmiş ərazilərimizdə də böyük nəqliyyat layihələri icra olunmaqdadır. 3400 kilometrə yaxın avtomobil yolu layihəsi icra edilib. Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları inşa olundu. Bu il Laçında yeni hava limanı istifadəyə veriləcək. Dəniz Ticarət Limanının inşası bu sahədə həyata keçirilmiş ən böyük layihələrdən biridir. Son məlumatlara görə, Yeni Dəniz Ticarət Limanının illik imkanları 25 milyon tona çatdırılacaq ki, bu da artan təlabatdan xəbər verir”.
Millət vəkili bildirdi ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür: “Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu, aparılan məqsədyönlü siyasətin, zəhmətin nəticəsidir. Bu da faktdır ki, Azərbaycanda əhalinin sayında müşahidə olunan artım, xüsusilə də Bakı şəhərinə olan axın, eyni zamanda avtomobillərin sayının ildən-ilə çoxalması paytaxtda tıxaclara səbəb olur. Əhalinin yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasının daim dövlətin diqqət mərkəzindədir. Bakı şəhərində nəqliyyat infrastrukturunun keyfiyyətinin artırılması üçün çox böyük layihələr hazırlanıb. Müşavirədə də bildirildi ki, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək. Aydın oldu ki, Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yol yenidən qurulacaq, genişləndiriləcək. Ziya Bünyadov prospekti istiqamətində yollar genişləndiriləcək, Şamaxı yolundan Xırdalan şəhərinə yeni yollar açılacaq. Paytaxtda 10 yeni metro stansiyası tikiləcək ki, bu da sıxlığın azalmasına ciddi təsir göstərəcək”.
Sonda millət vəkili bildirdi ki, Azərbaycanın əsas hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır: “Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Bu həm də bütün regional layihələrdən kənarda qalan Ermənistana yaradılmış fürsətdir. Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi müstəqil qərar verə bilsə, Azərbaycanın bu tələbini yerinə yetirməlidir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olması bizim üçün vacibdir. Amma Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyəcək, həm də Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm hissəsi olacaq. Dünyanın aparıcı ölkələri ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri, Türkiyə bu dəhlizin açılmasını dəstəkləyiblər. Ümid edirəm ki, 2025-ci ildə biz Zəngəzur dəhlizi ilə bağlı bütün tərəfləri qane edəcək razılaşmaların şahidi olacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri