Icma.az
close
up
RU
® Beynəlxalq ekspert dequstator: Pivənin “Carlsberg Azerbaijan” zavodunda hazırlanması keyfiyyətin təminatı deməkdir

® Beynəlxalq ekspert dequstator: Pivənin “Carlsberg Azerbaijan” zavodunda hazırlanması keyfiyyətin təminatı deməkdir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 iyun, AZƏRTAC

Beynəlxalq ekspert-dequstator, “Carlsberg” beynəlxalq pivə istehsalı şirkətinin əməkdaşı, pivə istehsalı sahəsində daimi ekspert-dequstator, porter və staut istehsalı üzrə bütöv İsrail yarışlarının, eləcə də evdə pivə istehsalı üzrə İsrail çempionatının hakimi Rafael Ağayev AZƏRTAC-a müsahibəsində “Carlsberg Azerbaijan” müəssisəsində pivə istehsalı prosesinin unikallığından, Azərbaycanda ilk tam alkoqolsuz pivə - Xırdalan 0.0 haqqında və həqiqətən yüksəkkeyfiyyətli pivənin necə müəyyən edilməsi haqqında danışıb.

- “Carlsberg Azerbaijan” müəssisəsində pivəbişirmə prosesinin unikallığı nədədir?

- Mən Bakıda anadan olub boya-başa çatmışam. “Xırdalan pivəsi” sözləri isə həmişə “Yaxşı pivə” sözləri ilə assosiasiya edilib. İllər keçdi, özüm də pivə istehsalçısı oldum və artıq Xırdalan pivəsini peşəkarcasına dəyərləndirməyə başlamışam. Bu gün Bakıda içdiyim ilk stəkan yerli “Carlsberg” pivəsi oldu və mən həmişəki kimi demək istəyirəm: “Yaxşı pivədir!”.

- Bu müəssisənin unikallığı nədədir?

- Məncə, ənənə ilə müasirliyin ideal vəhdətində. Böyük təcrübəyə malik pivə istehsalçıları öz təcrübələrini “Carlsberg Group”un müasir texnoloji inkişafları ilə birləşdirə bilmişlər. Nəticədə ən yüksəkkeyfiyyətli ləzzətli pivə alındı.

- Pivə istehsal edərkən hansı əsas məqamlara diqqət yetirirsiniz?

- Bilik, təcrübə və təmizlik. İxtisasınıza bələd olmalısınız, hər mərhələdə nə etdiyinizi dərk etməlisiniz. İstehsalın bütün mərhələlərində təmizliyə daim nəzarət etməlisiniz. Əlbəttə ki, bütün təcrübənizə baxmayaraq, daim öyrənmək lazımdır. Axı pivəbişirmə daim inkişaf edən bir elmdir.

- Xırdalan 0.0 Azərbaycanda ilk tam alkoqolsuz pivədir. Bu məhsulun şirkət və bütövlükdə bazar üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Alkoqolsuz pivə ölkədə əsl pivə mədəniyyətinin əsasıdır. Onu sərxoş olmaq və ya kefli olmaq üçün içmirlər, onun dadını sevdikləri üçün içirlər! Bu pivə əhalinin müxtəlif kateqoriyalarına lazımdır. Siz onu içib sonra təhlükəsiz şəkildə sükan arxasına əyləşə bilərsiniz. Onu tibbi səbəblərə görə spirtli içki qadağan olunduğu insanlar qəbul edə bilər.

Pivə istehsalçıları aləmində deyirlər ki, alkoqolsuz pivə kateqoriyasının inkişaf etdiyi ölkənin pivə mədəniyyəti var, Azərbaycan da, məncə, məhz belə ölkədir.

- Yüksək məhsul standartlarını təmin etmək üçün şirkətdə hansı keyfiyyətə nəzarət tədbirlərindən istifadə olunur?

- “Carlsberg Azerbaijan” beynəlxalq “Carlsberg Group”un bir hissəsidir. Şirkətin bütün standartları qrupun bütün bazarları üzrə paylanılır, keyfiyyətə nəzarət də eyni metodikaya əsasən və müntəzəm olaraq həyata keçirilir. Xammal yalnız qrup tərəfindən sertifikatlaşdırılmış təchizatçılardan alınmalıdır. Kadrlar, həmçinin sənədlərin və istehsal proseslərinin daimi yoxlanılmasından əlavə, davamlı təlim keçirlər. “Carlsberg Group”un bütün şirkətləri eyni ən yüksək standarta uyğun fəaliyyət göstərir.

- Həqiqətən yüksəkkeyfiyyətli pivəni müəyyən etmək üçün istehlakçılar nəyə diqqət yetirməlidirlər?

- Əgər pivə “Carlsberg Azerbaijan” zavodunda hazırlanıbsa, deməli, təkcə bu keyfiyyətin təminatıdır. İstehlakçılar pivənin təzəliyinə və onun saxlandığı saxlanma şəraitinə diqqət yetirməlidirlər. Hətta ən yaxşı pivə belə, istidə və ya işıqda saxlandıqda xarab ola bilər.

- Yerli arpanın dadı pivədə hiss olunurmu? Əgər olunursa, o, pivənin dadına və ətrinə necə təsir edir?

- Arpanın keyfiyyəti pivənin dadından çox dəmləmə prosesinə təsir edir. Dadı pivə istehsalçısı özü tənzimləyir, daha doğrusu, yaradır. Əbəs yerə deməyiblər ki, “Pivəbişirmə - dad yaratma sənətidir!”.

- “Carlsberg Azerbaijan”da pivə istehsalı prosesinin əsas mərhələləri hansılardır?

- Hər şey xüsusi ikicərgəli arpa bitən sahələrdən başlayır. Bu sahələr Şəmkirdə yerləşir və burada “AzərŞəkər” “Carlsberg Azerbaijan” üçün seçilmiş taxıl yetişdirir. Arpa xüsusi emaldan keçir, sonra zavoda göndərilir.

Burada taxıl parçalanır və dəmləməyə başlayır. Pivə istehsalçısı hər dəmləməyə ürəyindən bir parçanı ötürür. Pivə dəmləndikdən sonra fermentasiya sexinə vurulur və orada mayalanmaya başlayır və ona hər gün ciddi nəzarət edilir və yoxlanılır. Pivə yaratma prosesi bu biznesə sevgi, detallara diqqət və daimi nəzarət tələb edir.

Pivə hazır olandan sonra çəlləklərə, bankalara, butulkalara tökülür və insanlara sevinc bəxş etmək üçün göndərilir. Bütün dünyada pivə istehsalçılarının missiyası da məhz bundan ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri