Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyət tərəfləri danışıqlar masasına dəvət etməli və atəşkəsin elan olunmasına çalışmalıdır

Beynəlxalq ictimaiyyət tərəfləri danışıqlar masasına dəvət etməli və atəşkəsin elan olunmasına çalışmalıdır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Bir neçə gündür ki, İsrail və İran arasında amansız müharibə davam edir. Əslində bu müharibə gözlənilən idi. 2023-cü ildə “HƏMAS”-ın İsraildə törətdiyi terror aktından sonra münasibətlər həddən artıq gərginləşmişdi. Digər tərəfdən İranın nüvə silah üzərində apardığı davamlı araşdırmalar İsraili narahat edirdi. Etiraf etməiyik ki, qonşumuzda nüvə olması region üçün nə qədər təhlükəlidirsə, qonşularımızın müharibə aparması da region üçün təhlükəlidir. Ən azından 40 milyon soydaşımızın yaşadığı qonşumuz var. Əslində iki tərəfin diplomatik meydanda mübarizəsi həm iki tərəf üçün, həm də region dövlətləri üçün təhlükəsiz, itkisiz seçim olardı.İsrail-İran müharibəsi Azərbaycan üçün necə təhlükə yarada bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qonşuluqda müharibənin baş verməsi bizim üçün heç bir halda maraqlı deyil, həm də İsralin hava zərbələri İranın nüvə obektlərinə də endirildiyini nəzərə alsaq, bu vəziyyət İranda yaşayan 40 milyona yaxın soydaşımız və ölkəmiz üçün böyük bir təhlükə mənbəyi olacaq.

Azər Badamov

Deputatın fikrincə, nüvə obyektlərində zənginləşdirlmiş radioaktiv maddələrin partlayışı olarsa, bu regionda radiasiya fonunu artıracaq və canlı aləm üçün böyük bir təhlükə mənbəyinə çevriləcək: “Bu səbəbdən də, müharibəni döyüş meydanında dayandırılmasına çağırışlar edilməli və tərəfləri münaqişənin diplomatik müstəvidə həll olunmasına dəvət olunmalıdır”.

Azər Badamov qeyd edib ki, İsrail-İran müharibəsi davamlı olarsa Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyi ilə bağlı sual bizi düşündürür.

“İlk növbədə qonşuluqda müharibənin baş verməsi heç də heç bir cəhətdən xeyirli bir məsələ deyil. Qeyd etmək istəyirəm ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə 647 milyon dollar olub. Bu dövriyyənin 633 milyon dolları İranın Azərbaycana ixracıdır. İran Azərbaycana əsasən meyvə-tərəvəz, quru çərəzlər, dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Əgər İrandan idxal olunan 633 milyon dollarlıq malların ticarətində çətinlik yaranarsa, biz bunu başqa ölkələrin hesabına ödəyə bilərik. Təbii ki, bu da həmin malların maya dəyərində müəyyən qədər qiymət artımının olmasına yol açacaqdır. İkinci bir məsələ də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Əgər İranın dəniz limanlarının infrastrukturu dağılarsa və ölkə ərazisində daşınmaların həyata keçirilməsi üçün infrstruktur təhlükəli vəziyyətə gələrsə, bu da Şimal-Cənub nəqliyyat marşurutunda daşınmalara öz təsirini göstərəcəkdir”-deyən deputat vurğulayıb ki, biz yaxın gələcəkdə bu marşurut vasitəsilə daşınan yüklərin həcmini 15 milyon tona çatdırılmasına hədəfləmişik və təbii ki, İran ərazisində çətinliyin yaranması Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınmalardan gələn tranzit gəriləri azalmasına öz təsirini göstərəcək.

Deputat hesab edir ki, neft və qazın qiymətlərinin artması bu məhsulları istehsal edən ölkələrin gəlirlərini artıracaq, bununla yanaşı qlobal bazarlarda kəskin bahalaşmaların baş verəməsi qaçılmaz olacaq.

“Ölkəmiz də dünyanın bir parçasıdır və qlobal bazarlarda baş verən qiymət artımları ölkəmizin idxalını da bahalaşdıracaq. Təbii ki, bu da daxili bazarda müəyyən qədər qiymət artımlara yol açacaq. Bu baxımdan müharibənin davam etməsi nə Azərbaycana, nə də digər ölkələrə maraqlı deyil. Ona görə də beynəlxalq ictimaiyyət tərəfləri danışıqlar masasına dəvət etməli və tezliklə atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış etməlidirlər”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri