Icma.az
close
up
RU
Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi xeyriyyə axşamı

Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi xeyriyyə axşamı

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva 2021-ci il martın 13-də dünyasını dəyişib. Qızının vəfatından sonra Vilayət Quliyevin yaratdığı fond Humay xanımın xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılıb. 


Humay Quliyeva müxtəlif illərdə BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi, o, dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar göstərən missiyanın tərkibində fəaliyyət göstərib. 2015-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı humanitar missiyanın ilk nümayəndələrindən olan Humay Quliyeva daha sonra təşkilatın Mərkəzi Afrika ölkəsindəki nümayəndəliyində çalışıb. 


“Huma Quşu” Təhsilə Yardım Fondunun adı Humay Quliyevanın yazdığı şeirə əsasən qoyulub. Fondun başlıca məqsəd imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkədə və Azərbaycanın hüdudlarından kənarda keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərməkdir.


Hələlik yeganə maliyyə qaynağı Humayın Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışdığı yeddi il ərzində şəxsi hesabında toplanmış vəsaitindən ibarətdir. Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədi ilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. 

Dekabrın 7-də “Huma Quşu” Təhsilə Yardım Fondunun «Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi» adlı xeyriyyə axşamı keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə tanınmış caz ustası Salman Qəmbərov və Bakustic Jazz qrupunun, eləcə də xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifasında zəngin konsert proqramı nümayiş olunacaqə

Eyni zamanda rəsm əsərlərindən ibarət sərgi də keçiriləcək 

Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket.az-ın satış məntəqələrindən və ya aşağıdakı linkə daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz:
//t.ly/XIkML

Qeyd edək ki, bilet və rəsmlərin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri