Beynəlxalq Qılıncoynatma Federasiyasında köhnəyeni prezident İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
71 yaşlı Əlişir Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti seçilib.
İdman.biz xəbər verir ki, Özbəkistan əsilli rusiyalı iş adamı 2008-ci ildən 2022-ci il martın 3-dək analoji vəzifədə olub. Daha sonra o, Aİ-nin sanksiyaları səbəbindən FIE-nin prezidenti vəzifəsinin icrasını könüllü olaraq dayandırıb.
Daşkənddə (Özbəkistan) keçirilən seçkilərdə Usmanov 120, isveçli rəqibi Otto Drakenberq isə cəmi 26 səs toplayıb.
Qeyd edək ki, oktyabr ayında Usmanov Paris-2024-də FIE-də “hakimlərin alınması sistemi” ilə bağlı Almaniyanın ARD telekanalına qarşı məhkəmədə qalib gəlib. Onun şəxsi sərvəti Forbes tərəfindən 13,4 milyard avro dəyərində qiymətləndirilir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















