Icma.az
close
up
RU
Beynəlxalq sənədlərdə ailə institutunun qorunması üzrə təminatlar

Beynəlxalq sənədlərdə ailə institutunun qorunması üzrə təminatlar

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ailə institutunun qorunması təkcə milli qanunlarla deyil, həm də beynəlxalq konvensiyalar və normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan da bu sənədlərin bir çoxuna qoşulub.

Birləşmiş Millətlər Təşkilatının sənədlərində ailə cəmiyyətin əsas bünövrəsi kimi təsvir olunur. Ailənin hüquqi müdafiəsi insan haqlarının ayrılmaz tərkib hissəsi sayılır. Qurumun Baş Assambleyası 1993-cü ildə qəbul etdiyi qətnamə ilə 15 may təqvimini “Beynəlxalq Ailə Günü” elan edib. Təqvimin müəyyən edilməsində əsas məqsəd ailənin sosial institut kimi əhəmiyyətini vurğulamaq, qlobal səviyyədə ailə problemlərinə diqqət çəkmək, hökumətləri ailə siyasətinin gücləndirilməsinə təşviq etməkdir ( https://az.wikipedia.org/wiki/Beyn%C9%99lxalq_Ail%C9%99_G%C3%BCn%C3%BC ).

Bu sənəd ailə daxilində gender bərabərliyi, uşaqların hüquqları və ailədaxili zorakılığın qarşısının alınması kimi məsələləri universal norma kimi irəli sürür.

BMT-nin mövzuya həssas münasibəti digər beynəlxalq təşkilatları da ailə institutuna xüsusi diqqət yetirməyə sövq edir. Beynəlxalq Əmək Təşkilatının "Ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyası bu baxımdan əlamətdardır. Konvensiya “ailə vəzifələri olan işçilərə əmək fəaliyyətinə başlamaq və ya onu davam etdirmək” üçün xüsusi imtiyazlar tanıyır ( https://e-qanun.az/framework/19882). Sənədin 8-ci maddəsində qeyd olunur ki, “ailə vəzifələrinə görə işə fasilə vermək öz-özlüyündə əmək münasibətlərinə xitam verilməsi üçün əsas ola bilməz”. BƏT-in bu cür addımları ailə institutunu həm qoruyur, həm də təşviq edir.

Uşaq hüquqları ilə bağlı beynəlxalq sənədlərdə paralel olaraq ailə institutunun əhəmiyyəti vurğulanır. BMT-nin “Uşaq Hüquqları Konvensiyası” azyaşlıların “ailə mühitində böyümək, yaşamaq,zorakılıqdan qorunmaq” hüquqlarını təsbit edir. Azərbaycan Respublikası da 1992-ci ildə bu konvensiyaya qoşulub.

Beynəlxalq “Uşaq Hüquqları Bəyannaməsi” uşaqların bəslənməsi üçün ailə institutunun önəmini vurğulayır. Həmçinin, uşağın hüquqlarının dövlətlər tərəfindən təmin olunmasını əsas prinsip kimi qəbul edir.

Uşaq hüquqları ilə yanaşı, qadın haqları və gender bərabərliyi üzrə konvensiyalarda da ailə institutu mövzusuna yer verilir. Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya”sına (CEDAW) qoşulmuşdur. Bu sənəd qadınların cəmiyyətdə, ailədə, təhsildə, əmək bazarında və ictimai həyatda kişilərlə bərabər hüquqlara malik olmasını təmin etməyi dövlətlər üçün hüquqi öhdəlik kimi müəyyən edir.

CEDAW Komitəsi konvensiyaya qoşulmuş ölkələrdən mütəmadi hesabatlar tələb edir. Bu hesabatlarda gender bərabərliyinin təmin olunması, ailə zorakılığına qarşı mübarizə və qadınların hüquqlarının qorunması ilə bağlı görülən işlər əks olunur.

Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında Konvensiya”sı (İstanbul Konvensiyası) ailədaxili zorakılıq hallarının erkən aşkar olunması, zərərçəkmişlərin qorunması, təqsirkar şəxslərin cəzalandırılması və maarifləndirmə tədbirlərini özündə ehtiva edir. Azərbaycan bəzi bəndlərlə razılaşmadığı üçün, bir sıra digər dövlətlər kimi bu Konvensiyaya qoşulmayıb. Bununla yanaşı, qeyd edilən Konvensiya ailə institutu ilə bağlı bəzi yenilikləri gündəmə gətirir. Sənəddə media, təhsil müəssisələri və sosial xidmətlər müstəvisində məişət zorakılığının qarşısının alınması üçün spesifik maarifləndirmə proqramlarının icra edilməsi barədə öhdəliklər müəyyən olunur. Konvensiyada göstərilir ki, ailədaxili zorakılıq yalnız cəza mexanizmləri ilə deyil, həm də ictimai şüurun dəyişdirilməsi ilə aradan qaldırıla bilər.

Azərbaycan dövləti ratifikasiya olunmuş beynəlxalq konvensiyalarda əks olunan müddəaların milli qanunvericiliyə inteqrasiya edilməsi üçün addımlar atır. Ailə Məcəlləsi və “Məişət zorakılığı haqqında” Qanunda da bu elementlər açıq şəkildə görünür. Qeyd olunan qanunlarda CEDAW-ın prinsiplərinə geniş yer ayrılıb.

“Gender bərabərliyinin təminatları haqqında” Qanun da beynəlxalq prinsiplərə uyğunlaşdırılıb. Burada qadın və kişi hüquqlarının bərabərliyi hüquqi təminat altına alınır. Bu qanun gender əsaslı ayrı-seçkiliyə yol verilməməsi, bərabər əməkhaqqı prinsipi ilə yanaşı, ailə münasibətlərində də bərabər hüquqların tanınmasını nəzərdə tutur.

Azərbaycan mütəmadi olaraq BMT və digər dövlətlərarası qurumlara ailə və gender məsələləri üzrə hesabatlar təqdim edir. Bu hesabatlar əsasında tövsiyələr formalaşdırılır və onların yerinə yetirilməsi istiqamətində addımlar atılır. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, xüsusilə UNICEF, UNFPA, UNDP və digər qurumlar dövlətlə birgə proqramlar həyata keçirərək ailə institutunun inkişafına dəstək verirlər.

Hüquqşünas Hümmət Əliyev bizimlə söhbətində qeyd etdi ki, ailə dəyərləri və ümumilikdə beynəlxalq konvensiyaların bir çoxu Azərbaycan reallığında tam tətbiq edilə bilmir: “Buna səbəb həmin sənədlərdə bir qədər fərqli yanaşmanın olmasıdır. Məsələn, qadın azadlığı və demokratiya adı altında təqdim edilən bəzi fikirlər milli dəyərlərə bağlı xalqlarda xoş qarşılanmır. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında Konvensiya (İstanbul Konvensiyası) bu mənada yaxşı nümunədir. Bizim öz milli-mənəvi dəyərlərimiz, prinsiplərimiz ailə institutuna daha yüksək önəm verir, nəinki bəzi xarici hüquqi sənədlər. Hesab edirəm ki, biz ailənin modernləşməsi yönündə bəşəri fikirlərə açıq olmalıyıq, amma öz milli dəyərlərimizi daha çox təbliğ etməliyik”.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri