Icma.az
close
up
RU
Beynəlxalq tədbirlər vətəndaşlarımızda hansı düşüncələri yaradır? SORĞU

Beynəlxalq tədbirlər vətəndaşlarımızda hansı düşüncələri yaradır? SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan beynəlxalq arenada fəal və nüfuzlu ölkələrdən biri kimi müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək, qlobal məsələlərin həllində mühüm rol oynayır. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, mühüm zirvə görüşlərinə, forumlara və konfranslara qatılır. Eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Mədəniyyətlərarası Dialoq Forumu, COP29 kimi irimiqyaslı tədbirlərə ev sahibliyi etməklə Azərbaycan qlobal dialoqun inkişafına öz töhfəsini verir. Bu iştirak, Azərbaycanın beynəlxalq əlaqələrini daha da möhkəmləndirərək, həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən ölkənin dünya miqyasında tanınmasına və nüfuzunun artmasına xidmət edir. Bəs vətəndaşlarımızın Azərbaycanın qatıldığı və ev sahibliyi etdiyi tədbirlər haqqında düşüncələri nələrdir? SİA bu barədə vətəndaşların düşüncələrini öyrənib.

Şəhər sakini Ləman Əhmədzadə: “Azərbaycanın beynəlxalq tədbirlərdə iştirak etməyini yaxşı qiymətləndirirəm. Çünki Azərbaycan özü yeniliklərə açıq olan dövlətdir. Eynilə müstəqil bir dövlətdir. Bununla yanaşı Azərbaycan xalqının özüdə beynəlxalq tədbirlərdə, COP29, Formula1 yaxud Qlobal Forumda, həmçinin başqa yeni layihələrdə xarici insanlarla tanış olurlar. Eyni zamanda ölkəmizin xarici ölkələrlə əlaqələri güclənir. Beynəlxalq tədbirlərdə iştirak edənlərin əksəriyyəti demək olar ki, tələbələr yaxud gənclərdir. İnsanların dünya görüşü artır, yeni dil bilikləri əldə edirsən. Bu hal təbii ki, müsbət dəyərləndirilməlidir. Hətta 2024-ci ilin ən güclü layihələrindən biri də COP29 olmuşdur. Mən özümdə orada könüllü olmaq istəmişəm, lakin alınmayıb. Bu il isə Formula1-də könüllü olmağı düşünürəm. Bu tədbirlərdə yeniliklərə açıq olmaq lazımdır. Çünki gələcəyimiz bizim kimi gənclərin əlindədir”.

Şəhər sakini Amid Qasımov: “Beynəlxalq tədbirlərdə Azərbaycanın iştirakını yaxşı qiymətləndirirəm. Lakin Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin bəzi mənfi tərəfləri vardır. Bunun ən böyük səbəblərindən biri də yollarda problemlərin olmasıdır. Bu problemlər təbii ki, qaçınılmazdır. Vaxtı ilə Azneft tərəfdə işləyən zaman dəhşətli dərəcədə yolların bağlı olmasından əziyyət çəkirdim. Müsbət cəhətlərindən biri də Azərbaycanın Avropaya açılmasıdır. Beynəlxalq tədbirlər zamanı isə turist axını həddin artıq çox olur. Mən isə heç vaxt beynəlxalq tədbirlərdə könüllü olmamışam”.

Vokal ifaçısı Altun Süleymanov: “Azərbaycanda belə bir böyük nüfuzlu proyektlərin ölkəmizdə keçirilməsi təqdirəlayiq bir haldır. Azərbaycan günü-gündən çiçəklənib inkişaf edir. Bu inkişafın səbəbkarı olan Müzəffər Ali Baş Komandana təşəkkürümü bildirirəm. Çünki hər zaman Azərbaycan gənclərinə dəstək olurlar. Özüm mədəniyyət nümayəndəsi, gənc vokalist olaraq bunu qeyd etmək istəyirəm ki, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi gənclərində inkişafına bir növ dəstəkdir. Çünki bu tip layihələrdə biz musiqiçilər də iştirak edirik, özümüzü tanıdırıq. Beynəlxalq nümayəndələrdə bilir ki, Azərbaycan incəsənəti hansı səviyyədədir. Bu kimi tədbirlərin keçirilməsi həqiqətən də təqdirəlayiqdir”.

Şəhər sakini Şamil Vəliyev: “Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi əsasən turistlərin bura cəlb olunması üçün yaxşı haldır. Mən özüm bu kimi tədbirlərdə könüllü olmamaışam, yaxud iştirak etməmişəm. Azərbaycanın bir çox xarici ölkələrlə əməkdaşlığı var. Bu vəziyyəti ölkə vətəndaşı olaraq müsbət qiymətləndirirəm. Həmçinin bu kimi tədbirlərdə Azərbaycan özünü dünyaya tanıdır. Beynəlxalq tədbirlərdə xarici turistlərin ölkəyə gəlməsidə iqtisadi baxımdan bir çox müsbət təsirləri vardır”.

Şəhər sakini Aygün İsmayılzadə: “Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox gözəl bir haldır. Eyni zamanda turistlərin gəlməyidə çox gözəl bir haldır ki, ölkəmiz günü-gündən tanınır. Mənim uşağımda orada iştirak edib, onu oraya işdən yollamışdılar. Həmçinin beynəlxalq tədbir olan COP29-da özümdə iştirak etmişəm, olduqca məndə xoş təəssürat yaratdı. Bu tədbirlər sayəsində insanlar daha da maarifləndirilir. COP29 tədbiri sanki, havanın, təbiətin çirklənməsinin qarşısını daha da aldı. Mən bu kimi tədbirlərin keçirilməsinə çox sevinirəm. Ümumiyyətlə belə tədbirlərin olmağı ölkə üçün çox gözəl bir irəliləyişdir”.

Şəhər sakini Nübar Quliyeva: “Bu kimi tədbirlərin keçirilməsi həm bizim ölkənin vətəndaşları üçün, həm də xarici dövlətlərlə beynəlxalq əməkdaşlıq istiqamətində yaxşı bir siyasətdir. Yəni günü-gündən inkişaf edirik, həmçinin multukulturalizm daha da inkişaf edir. Beynəlxalq tədbirlərdə turistlərin gəlməyidə çox yaxşı bir haldır. Yəni turistlərin gəlməyi nəticəsində millətimiz tanınır, daha da inkişaf edirik. Həm biz onlardan nələrsə öyrənirik, həm də onlar bizdən nələrsə öyrənib qazanırlar. COP29-a marağımı çəkdiyi üçün getmişdim. Lakin könüllü olmaq üçün qeydiyyata vaxtında çatdıra bilməmişdim”.

Şəhər sakini Sunay Əhmədova: “Mən beynəlxalq tədbirlərin heç birində iştirak etməmişəm. Amma sosial şəbəkələrdən bu kimi tədbirlərin yeniliklərini takib edərək çox maraqlı olduğunu deyə bilərəm. Fərqli vətəndaşların bura gəlməyi, fərqli mədəniyyətlərlə tanış olmaq ümumiyyətlə mənə maraqlı gəlir. Həmçinin turistlərin bura gəlməyidə turizmin inkişafına səbəb olur. Bura gəlirlər, görüb bizim ölkəni təbii ki, bəyənirlər. Mən özüm isə hər hansı beynəlxalq tədbirlərdə yaxud layihələrdə iştirak etməmişəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri