Beynəlxalq Valyuta Fondunun sədri ABŞ nin İrana hücumunun dünya üçün nəticələrindən DANIŞDI
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İrandakı vəziyyət hazırkı qeyri-müəyyənliyi nəzərə alaraq qlobal iqtisadiyyat üçün ciddi risklər yarada bilər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva "Bloomberg" agentliyinə müsahibəsində deyib.
O xəbərdarlıq edib ki, ABŞ-nin İrana zərbələri xüsusilə enerjidaşıyıcılarının qiymətinə təsir edib. Lakin, ekspertin sözlərinə görə, ikinci və üçüncü dərəcəli nəticələr də ola bilər. Kristalina Georgiyeva bununla bağlı təfərrüat verməyib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə, o cümlədən Fordo uranın zənginləşdirilməsi zavoduna zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hücumun məqsədinə nail olunub, İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri isə bütünlüklə və tamamilə məhv edilib.
Lakin Tehran onun sözlərini təkzib edərək, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinin nəticəsiz olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















