Icma.az
close
up
RU
Bəzi dinlərin tələb etdiyi meyitlərin yandırılması prosesinin təşkili üçün Azərbaycanda mərkəz yaradılacaq

Bəzi dinlərin tələb etdiyi meyitlərin yandırılması prosesinin təşkili üçün Azərbaycanda mərkəz yaradılacaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda ilk dəfə meyitlərin yandırılması ilə bağlı mərkəz yaradılacaq.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb. Deputat qeyd edib ki, Azərbaycanda əhalinin mütləq əksəriyyəti müsəlmandır, az hissəsi xristian və ya yəhudidir. Ceyhun Məmmədov vurğulayıb ki, bu gün bizim inancımıza görə meyitləri yandırmaq olmaz, amma elə dinlər var ki, meyitlərin yandırılmasına icazə verirlər və məhz o dinlərin nümayəndələri üçün Azərbaycanda mərkəzlərin yaradılması nəzərdə tutulur. Deputat demək istəyir ki, bu mərkəz bütün Azərbaycan əhalisi üçün nəzərdə tutulmur.

Ceyhun Məmmədov

“Biz beynəlxalq standartlara uyğun olaraq, hüquqi baza yaradırıq. Bu hüquqi bazaya əsasən kim istəsə ki, öləndən sonra yandırılsın, sadəcə onun üçün bu tədbir həyata keçiriləcək. Yəni burada kütləvi şəkildə bu tədbirin həyata keçirilməsindən söhbət getmir”-deyən deputat vurğulayıb ki, insanlar bu məsələlərdə diqqətli olmalıdırlar, məsələni müzakirə edərkən düzgün və sağlam yanaşmanı ortaya qoymağı bacarmalıdırlar.

“Bir daha qeyd edirəm ki, belə mərkəzlər olacaq və əgər kimsə istərsə belə addımlar atılacaq. Amma bu o demək deyil ki, hamıya qarşı bu addımın atılması nəzərdə tutulub”-deyə Ceyhun Məmmədov bildirib.

P.S. Qeyd edək ki, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşayır. Deputatın da qeyd etdiyi kimi bəzi dinlər var ki, onlarda insanlar öləndəndən sonra dəfn edilmir, yandırılır. O dinlərin nümayəndələri üçün bu mərkəzlərin yaradılması nəzərdə tutulub ki, bu da normal addımdır və Azərbaycanın multikultural, tolerant br ölkə olduğunun bariz nümunəsidir.

Qısaca, kiməsə deyilmir ki, “mütləq şəkildə meyitlər yandırılmalıdır”. Bu tələb sadəcə mənsub olduğu dinə uyğun olaraq insanların seçiminin həyata keçirilməsi üçün bir addımdır və normal qarşılanmalıdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri