Icma.az
close
up
RU
Bəzi ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

Bəzi ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

Saat 9:30-a olan məlumatına əsasən bəzi şimal və şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 6, Neftçala, Oğuzda 4, Şamaxı, Qobustanda 3, Qəbələ, Göyçay, Balakən, Zaqatala, Şəki, Quba, Qrız, Biləsuvar, Şabran, Xaçmaz, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm qeydə alınıb.
Yevlax, Göyçay, Lerik, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Şəmkir, Naftalan, Göygöl, Naxçıvan, Sumqayıt, Qax, Qrızda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxtadır.

seeBaxış sayı:54
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri