Icma.az
close
up
RU
Bəzi gənclər sevgi ilə aşiq olmağı qarışdırırlar Psixoloq

Bəzi gənclər sevgi ilə aşiq olmağı qarışdırırlar Psixoloq

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Bəzən gənclər sevgi münasibətlərinə çox tez və həvəslə başlayırlar".

News24.az xəbər verir ki, bu sözləri psixoloq Aydan Məmmədova hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzən sevgi münasibətlərinə ani həvəslə başlayan gənclər qısa müddətdən sonra onu bitirirlər:

"Hətta heç nə olmamış kimi ayrılaraq həyatlarına davam edirlər. Bunun bir çox səbəbi ola bilər. Birinci səbəb duyğuların qarışdırılmasıdır. Hansı duyğunun nəyi ifadə etdiyini dərk etməkdə çətinlik çəkən gənclər var. 

Bu tip münasibətlərdə sevgi hissləri deyil, həyəcan, maraq və ya təsdiqlənmə ehtiyacı olur. Nəzərə almaq lazımdır ki, gənc yaşlarda sevilmək və ya dəyər görmək kimi hisslər də ehtiyacdır. Yəni bəzi gənclər bu hissləri sevgi ilə qarışdırırlar. Həyəcanı sevgi ilə səhv salırlar".

Ekspert qeyd edib ki, insan aşiq olanda beyin adrenalin hormonu ifraz edir:

"Ümumiyyətlə, aşiq olmaqla sevgi də eyni deyil. Çünki aşiq olmaq keçici hissdir. Yəni bir çox gənc bu keçici hissi yaşayarkən qarşı tərəfə sevgi bəslədiyini düşünür. Bəzən də gənclər şəxsiyyətləri tam olaraq formalaşmadığı yaşlarda yaşadıqları hissləri sevgi zənn edə bilirlər. 

Eyni zamanda, sosial şəbəkələrin və ya serialların da gənclərin sevgi münasibətlərinə təsiri böyükdür. Çünki onlar televiziyada və ya sosial şəbəkələrdə gördükləri kimi sevgi yaşamaq istəyirlər. Lakin onların təsiri ilə özünə uyğun olmayan birinə bağlanır".

Mütəxəssis vurğulayıb ki, bağlanma isə sevgi deyil:

"Sevgi o, olmadan da yaşaya bilməkdir. Lakin kimsə digərinə onsuz yaşaya bilməyəcəyini deyirsə, yaşadığı hisslər sevgi deyil. Bu cür münasibətlərdə insan bəzən özünü dəyərsiz hiss edə bilər. 

Ümumiyyətlə, ani hissləri sevgi ilə qarışdırmaq lazım deyil. Sadəcə anlıq olaraq emosional ehtiyaclarının yerini dolmuş kimi hiss edirlər. Əgər bir şəxs qarşı tərəfin məsuliyyətini üstlənmirsə, o sevgini davam etdirə bilməyəcək. Gənclərin ani ayrılıqlarının bir səbəbi də məhz budur. Bəzi insanlar məsuliyyətdən qaçırlar".

Aydan Məmmədova əsl sevgi barədə də bunları deyib:

"Əsl sevgi isə zamanla və bir-birini tanımaqla yaranır. Sevgi sosial şəbəkələrdə gördükləriniz deyil. Bəzi mütəxəssislər sosial şəbəklərdə məsləhət verirlər ki, əks cins sənə qarşı bir sıra davranışlar edəndə sən də onun kimi davran və ya geri çəkil, duyğularını aydın şəkildə izah etmə. Bir sözlə, taktikalar verirlər. Sevgi duyğularını rahat şəkildə paylaşa bilməkdir. Bir insanın qarşı tərəfin yanında sorğusuz-sualsız özünü tam sərbəst hiss etməsi sevgidir. Sevgi taktikalarla davam edəcək bir hal deyil. Tərəflər bir-birlərilə tam uyğun olmalıdırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Aprel 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri