Icma.az
close
up
RU
“Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik”

“Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyun barədə çox danışmağa dəyməz. Nəticə mənim üçün əvvəldən bəlli idi. “Turan Tovuz”u təbrik edirəm.

– “Kəpəz”in baş məşqçisi postundan getmisiz. Dünənki iclasda nələr müzakirə olundu?

– Dünən futbolçularla görüş oldu. Bunun neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında ayrılmaq qərarı verdik. Mənim iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik başqa cür düşünür. Futbolda belə hallar olur, olacaq da. Biz də daha güclü olmalıyıq.

– Komandada kimin qalıb-qalmayacağına baş məşqçi qərar verir, yoxsa rəhbərlik?

– Bu gün sonuncu dəfə “Kəpəz” barədə danışacam. Burada yaxşı dostlar tapdım. Çoxlarının “Kəpəz”in üstündən xətt çəkdiyi vaxtda biz komandanı Premyer Liqada saxladıq. Sabah kimin qərar verəcəyini bilmirəm. Hər işdə bir xeyir var. Daha yaxşı şeylər olacaq.

– Dediniz ki, oyunun nəticəsi mənim üçün əvvəldən bəlli idi. Nə demək istəyirdiniz?

– Baş məşqçi bilir ki, komandada qalmayacaq, futbolçular da bunu hiss edirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. “Kəpəz”də hansısa usta futbolçunun adını çəkə bilməzsiz. Döyüşkənliyin hesabına xallar qazanmışıq və Premyer Liqada qalmışıq.

– Bilərəkdən oynamamaq ehtimalı ola bilər?

– Yox. Heç vaxt ola bilməz. Ruh düşkünlüyü oldu. Futbolçular çox hissiyatlı insanlardır.

– Rəhbərliklə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiz?

– Bunu açıqlamayacam. Klubla mənim aramda olan məsələlərdir. “Kəpəz”dən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Komandaya uğurlar arzulayıram. Mən bu azarkeşləri sevdim. Mənim burada haqqım var. Vaxtımın çox hissəsini ailəmlə yox, futbolçularla, akademiya ilə keçirmişəm. Futbolda belə şeylər olur.

– Klub rəhbərliyi sizdən halallıq aldı?

– Biz hər şeyə peşəkar yanaşırıq. Bir insan həm ibadət əhli, həm də dünyəvi insan ola bilər. Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara həmişə bir söz demişəm, həyatda düz olmaq lazımdır. Düzsənsə, rahat olacaqsan.

– Sonluğun belə olacağı gözlənilirdi, mətbuatda yazılırdı. Bu vaxta qədər “Kəpəz”da qaldığınıza görə peşman deyilsiz?

– Əsla. Bəlkə də bu hadisə həftələr əvvəl baş versəydi, “Kəpəz” Premyer Liqada qalmayacaqdı. Mən çox sevinirəm ki, azarkeşlər”Kəpəz”i gələn mövsüm də Premyer Liqada görəcək. Gəncəyə böyük futbol yaraşır.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 May 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri