Icma.az
close
up
RU
Bəzi ölkələr dünəndən razıdırlar ki, gəlib bizdə həmin obyekti tiksinlər Emin Qəribli

Bəzi ölkələr dünəndən razıdırlar ki, gəlib bizdə həmin obyekti tiksinlər Emin Qəribli

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün həmin sahənin mütəxəssislərindən, xammaldan asılıdır. Bunu da bazar müəyyən edir. Sovet dövrü deyil ki, biz sifariş edək ki, bu sahə inkişaf etsin. Ölkədə artıq bir neçə sahələr seçilib. Məsələn, alternativ enerji sahəsidir ki, günümüzdə dünya üzrə perspektivli sahələrdəndir".

Bu fikirləri Redaktor.az-a iqtisadçı ekspert Emin Qəribli qeyri-neft sektorun sahələrinin inkişafı ilə bağlı danışarkən bildirdi:

"Bizim ərazimizdən nəqliyyat dəhlizi keçir. Görürük ki, neft, kimya sahələri açılır, azad iqtisadi zonalar açılır. Hesab edirəm ki, hansısa zavodun açılması üçün müvafiq şərait yaradılmalıdır. Açıq iqtisadi zonaların sayını artırmaq, bu sahədə ayrı-ayrı vergilərin yükünü azaltmaqla biz daha çox nəticə əldə edə bilərik. Əsas odur ki, hansısa sahənin ixracatı üçün güzəştlər, referensiyalar, subsidiyalar verilsin, o zaman istənilən sahə inkişaf edə bilər".

İqtisadçı Prezident İlham Əliyevin nüvə enerjisi sahəsindəki çıxışına da toxundu:

"Cənab prezident dəqiqlikə izah etdi ki, nüvə enerjisinin yaranmasında dövlətin rolu kifayət qədər çoxdur. Yəni bu obyektin açılması o deməkdir ki, bir sənaye sahəsi formalaşacaq, bu sahədə mütəxəssislər hazırlanacaq və ən əsası da bu sahə müasir dövrün tələblərinə, trendlərinə cavab verir. Bir çox sahələrdə zavodlar açıla bilər ki, tutalım 3 ildən sonra ona tələbat olmayacaq. Prezident dedi ki, bizim enerjimiz çox olsa da, bu məsələyə baxırıq və gələcəkdə də bu sahədə ixtisaslaşmaq istəyirik. Bunu dövlət həyata keçirə bilər. Çünki çox bahalı bir layihədir, belə layihələrə sahibkarlar getmirlər. Amma yenə də bəzi ölkələr var ki, dünəndən razıdırlar ki, gəlib bizdə həmin obyekti tiksinlər. Yaşıl enerji sahəsi buna misaldır. Amma yenə də burada dövlətin qayğısına, qərar qəbul olunmasına, beynəlxalq təşkilatlarla danışılmasına ehtiyac var".

Emin Qəribli hesab edir ki, nüvə ancaq enerji demək deyil.

"Bir çox sahələr var ki, məsələn, formaseptika sahəsində, hətta spirtli içkilərin istehsalında və s. nüvə texnologiyalardan istifadə olunur. Ona görə də bu, baza sahədir və inkişaf olunmasında dövlətin roluna ehtiyac var. Yəni bu, konkret bir zavod deyil, daha çox burada hansısa istehsal və ya sənaye sahəsinin formalaşdırılması üçün baza elementləridir və bunu da dövlət həyata keçirəcəkdir", - deyə ekspert vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri