Icma.az
close
up
RU
Bu islahatlar enerji sektorunda mühüm dəyişikliklərə səbəb olub Emin Qəribli

Bu islahatlar enerji sektorunda mühüm dəyişikliklərə səbəb olub Emin Qəribli

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma İşçi Qrupunun təşəbbüsü ilə həyata keçirilən islahatlar Azərbaycanın enerji sektorunda mühüm dəyişikliklərə səbəb olub.

Bu islahatlar əsasən prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsinə yönəlmişdir. “Azərişıq” ASC isə texniki infrastrukturun yenilənməsi, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır. Qeyd oluna tədbirlər beynəlxalq investorlar üçün cəlbedici mühit yaradaraq iqtisadi inkişafı dəstəkləyir. Qurumların təşəbbüsü ilə prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərar ilə təsdiq edilən qaydalar tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha sürətli və səmərəli edib.

Bu qərara əsasən, elektrik enerjisi təchizatı üçün seçilən trassanın razılaşdırılması prosesi sadələşdirilmiş və müvafiq qurumlar tərəfindən 3 gün ərzində münasibət bildirilməsi tələb edilmişdir. Müddət keçdikdən sonra münasibət bildirilmədiyi halda məsələ avtomatik olaraq razılaşdırılmış hesab edilir. Bu yanaşma sahibkarların layihələrinin həyata keçirilməsini sürətləndirir və bürokratik maneələrin qarşısını alır.

"Elektrik enerjisindən istifadə Qaydaları" çərçivəsində istehlakçı hüquqlarının qorunması istiqamətində də mühüm addımlar atılıb. Enerji təchizatı zamanı baş verən qəzalar nəticəsində istehlakçılara dəyən ziyanın ödənilməsi qaydaları müəyyən edilib. Enerji təchizatı müəssisəsi istehlakçının müraciətinə ən gec 10 gün ərzində cavab verməli və ziyanı ödəməlidir. Bu yanaşma istehlakçı məmnuniyyətini artırır və təchizatçı müəssisələrin məsuliyyətini gücləndirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tikinti-quraşdırma işləri, elektrik və istilik qurğularının texniki istismarı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlar üçün xüsusi razılıq (lisenziya) tələb olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 18-ci bəndi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin yalnız lisenziya çərçivəsində həyata keçirilməsini tələb edir. Bu, tikinti sahəsində təhlükəsizlik standartlarının yerinə yetirilməsini təmin edərək, layihələrin düzgün və təhlükəsiz həyata keçirilməsinə zəmanət verir.

Nazirlər Kabinetinin 2019-cu il 520 nömrəli Qərarının 1.1.2.5 yarımbəndi, elektrik qurğularına texniki xidmət göstərən və digər əlaqəli fəaliyyətləri həyata keçirən fərdi sahibkarlara müvafiq bilik və təhlükəsizlik qruplarına sahib olmağı və qanunvericiliyə uyğun olaraq biliklərinin yoxlanılmasından keçmələrini tələb edir. Bu tələblər, mütəxəssislərin və fərdi sahibkarların işlərini yüksək keyfiyyətlə və təhlükəsizlik standartlarına uyğun yerinə yetirmələrini təmin edir.

Nazirlər Kabinetinin 2002-ci il 174 nömrəli Qərarının 45.1-ci bəndi, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növləri üçün əlavə şərtlər müəyyən edir. Bu əlavə şərtlər, fəaliyyətin təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədini daşıyır, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisələrin tələblərə uyğunluğunu yoxlamağa yönəlib.

Bu qaydalar, iqtisadi fəaliyyətin şəffaflığını artırır və təhlükəsizliyini təmin edir. Eyni zamanda, həm sahibkarların, həm də cəmiyyətin maraqlarını qorumağa xidmət edir. Nəticədə, iqtisadi inkişafı dəstəkləyir və ölkənin enerji sahəsində daha stabil və rəqabətədavamlı bir bazar yaratmaq məqsədinə xidmət edir.

İqtisadçı ekspert Emin Qəribli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri