Icma.az
close
up
RU
“Bu, rəqabətədavamlı bazar yaratmaq məqsədinə xidmət edir” Emin Qəribli

“Bu, rəqabətədavamlı bazar yaratmaq məqsədinə xidmət edir” Emin Qəribli

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma İşçi Qrupunun təşəbbüsü ilə həyata keçirilən islahatlar Azərbaycanın enerji sektorunda mühüm dəyişikliklərə səbəb olmuşdur.

Bu islahatlar əsasən prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsinə yönəlmişdir. “Azərişıq” ASC isə texniki infrastrukturun yenilənməsi, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır. Qeyd oluna tədbirlər beynəlxalq investorlar üçün cəlbedici mühit yaradaraq iqtisadi inkişafı dəstəkləyir.

Qurumların təşəbbüsü ilə prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə, 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərar ilə təsdiq edilən qaydalar tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha sürətli və səmərəli etmişdir.

Bu qərara əsasən, elektrik enerjisi təchizatı üçün seçilən trassanın razılaşdırılması prosesi sadələşdirilmiş və müvafiq qurumlar tərəfindən 3 gün ərzində münasibət bildirilməsi tələb edilmişdir. Müddət keçdikdən sonra münasibət bildirilmədiyi halda məsələ avtomatik olaraq razılaşdırılmış hesab edilir. Bu yanaşma sahibkarların layihələrinin həyata keçirilməsini sürətləndirir və bürokratik maneələrin qarşısını alır.

“Elektrik enerjisindən istifadə Qaydaları” çərçivəsində istehlakçı hüquqlarının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Enerji təchizatı zamanı baş verən qəzalar nəticəsində istehlakçılara dəyən ziyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə ən gec 10 gün ərzində cavab verməli və ziyanı ödəməlidir. Bu yanaşma istehlakçı məmnuniyyətini artırır və təchizatçı müəssisələrin məsuliyyətini gücləndirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tikinti-quraşdırma işləri, elektrik və istilik qurğularının texniki istismarı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlar üçün xüsusi razılıq (lisenziya) tələb olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 18-ci bəndi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin yalnız lisenziya çərçivəsində həyata keçirilməsini tələb edir. Bu, tikinti sahəsində təhlükəsizlik standartlarının yerinə yetirilməsini təmin edərək, layihələrin düzgün və təhlükəsiz həyata keçirilməsinə zəmanət verir.

Nazirlər Kabinetinin 2019-cu il 520 nömrəli Qərarının 1.1.2.5 yarımbəndi, elektrik qurğularına texniki xidmət göstərən və digər əlaqəli fəaliyyətləri həyata keçirən fərdi sahibkarlara müvafiq bilik və təhlükəsizlik qruplarına sahib olmağı və qanunvericiliyə uyğun olaraq biliklərinin yoxlanılmasından keçmələrini tələb edir. Bu tələblər, mütəxəssislərin və fərdi sahibkarların işlərini yüksək keyfiyyətlə və təhlükəsizlik standartlarına uyğun yerinə yetirmələrini təmin edir.

Nazirlər Kabinetinin 2002-ci il 174 nömrəli Qərarının 45.1-ci bəndi, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növləri üçün əlavə şərtlər müəyyən edir. Bu əlavə şərtlər, fəaliyyətin təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədini daşıyır, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisələrin tələblərə uyğunluğunu yoxlamağa yönəlib.

Bu qaydalar, iqtisadi fəaliyyətin şəffaflığını artırır və təhlükəsizliyini təmin edir. Eyni zamanda, həm sahibkarların, həm də cəmiyyətin maraqlarını qorumağa xidmət edir. Nəticədə, iqtisadi inkişafı dəstəkləyir və ölkənin enerji sahəsində daha stabil və rəqabətədavamlı bir bazar yaratmaq məqsədinə xidmət edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri