Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bəzi qəzalar zamanı sığorta pulunun verilməsinə problem yaradan səbəblər hansılardır? AÇIQLAMA VİDEO

Bəzi qəzalar zamanı sığorta pulunun verilməsinə problem yaradan səbəblər hansılardır? AÇIQLAMA VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İyulun 16-sı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.


Müzakirələr zamanı çıxış edən İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin rəisi Sadiq Mədətov bildirib ki, uzun müddətdir bir neçə qurum birlikdə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.
“Bu fəaliyyətlərə müxtəlif təşviqedici materiallar, videoroliklər və məlumatlandırıcı çarxlar daxildir. Hətta bu məqsədlə “Sığorta Festivalı” adlı yeni bir format yaradılıb və artıq iki ildir ki, müxtəlif regionlarda təşkil olunur. Bu tədbirlərin əsas məqsədi sığorta ilə bağlı məlumatları insanlara daha anlaşılan və maraqlı formada çatdırmaqdır. Sadəcə televiziyaya çıxmaqla kifayətlənməyərək, biz bölgələrə səfərlər edirik və məlumatı daha effektiv formada təqdim etməyə çalışırıq. Əsas məqsədimiz qanunvericilikdən danışmaqla yanaşı, insanlara real və praktiki bilgiləri təqdim etməkdir. Çünki baş verən hadisələrin böyük əksəriyyəti sığorta hadisələri hesab olunur. Burada həm əmlaka, həm də sağlamlığa dəyən zərərlər ola bilər. Məsələn, bəzi hallarda bu hadisələr insan ölümünə qədər çata bilər. Avtomobil sahibləri üçün icbari sığorta ölkə üzrə ən yüksək yayılma səviyyəsinə malikdir. Hazırda Azərbaycanda istismarda olan avtomobillərin təxminən 100%-ə yaxını sığortalanıb”. 


Sadiq Mədətov, həmçinin, qeyd edib ki, bu sahədə Daxili İşlər Nazirliyinin xüsusi rolu və əməkdaşlığı da qeyd olunmalıdır.
“Sığorta təminatının əsas məqsədi, hadisə baş verdikdə vətəndaşın əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını almaqdır. Lakin bəzi problemlər də mövcuddur. Hadisələrin sayı çox olduğuna görə, bu, sığorta şirkətləri üçün də çətinlik yaradır. Eyni zamanda, sığortasız, xüsusilə də mənşəyi məlum olmayan və ya nömrəsiz nəqliyyat vasitələrinin törətdiyi hadisələr ciddi problem olaraq qalır. Bu hallarda zərər çəkmiş şəxsin sağlamlığına dəyən zərərin ödənilməsi üçün İcbari Sığorta Bürosu müəyyən ödənişləri həyata keçirir. Qeyd edilməlidir ki, bəzi hadisələr köhnə illərdə baş verib, lakin vətəndaşlar həmin vaxt sığorta şirkətinə müraciət etməyib və bu səbəbdən kompensasiya ödənişi həyata keçirilməyib. Bu isə sosial müdafiə sisteminə əlavə yük yaradır. Biz illərdir davam edən maarifləndirmə işlərinin nəticələrini də mütəmadi olaraq qiymətləndiririk. Nəticələrlə məlum olur ki, bu fəaliyyətlər müsbət təsir göstərir. Təbii ki, bu işlər müəyyən xərclər tələb edir. Amma bu xərclərin müqabilində əldə edilən nəticələr qənaətbəxşdir”.
Şöbə rəisi vurğulayıb ki, Sığorta Hadisələrinin İdarəetmə Sistemi (SHİS) vasitəsilə baş verən bütün hadisələr barədə ətraflı məlumat bazası mövcuddur. Hadisənin tarixi, saatı, lokasiyası, ödəniş həcmi və digər göstəricilər bu sistemdə toplanır.
“Bu da bizə statistik təhlillər aparmağa və maarifləndirmə işlərini daha hədəfli şəkildə təşkil etməyə imkan verir. Hazırda bu istiqamətdə yeni layihələr planlaşdırılır. Müzakirələrdə belə təkliflər var ki, maarifləndirmə tədbirlərinə digər qurumlar da qoşulsun və hətta bu tədbirlərin maliyyələşdirilməsi üçün xüsusi vəsaitlər ayrılsın. Sonda onu da qeyd etmək istərdim ki, İcbari Sığorta Bürosu hüquqi şəxslərin ittifaqı və kommersiya xarakterli olmayan təşkilat olaraq bu cür maarifləndirici və ictimai əhəmiyyətli tədbirlərdə daim iştirak edir və dəstək göstərir. Bu təşəbbüslərin əsas məqsədi həm sığorta bazarının inkişafı, həm vətəndaşların maarifləndirilməsi, həm də baş verən hadisələrin sayının azalmasına nail olmaqdır”.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri