Icma.az
close
up
RU
Bəzi qonşularımıza güclü Azərbaycan lazım deyil, əksinə gücsüz Azərbaycan görmək üçün birgə çalışırlar

Bəzi qonşularımıza güclü Azərbaycan lazım deyil, əksinə gücsüz Azərbaycan görmək üçün birgə çalışırlar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ilə yaxın münasibətlər İran rejimi tərəfindən qəbulolunmaz bir münasibət kimi dəyərləndirilir və ona qarşı həddindən artıq təbliğatlar aparılır ki, bu münasibətlər yeni formalarda özünü göstərməsin. Çünki Azərbaycana fars molla rejiminin düşmənçilik siyasəti elə dərin bir düşmənçilikdir ki, onlar bu istiqamətdə çalışırlar ki, Türkiyəni müəyyən mənada kənarda saxlasınlar. Əgər fikir vermisinizsə, Türkiyənin mediasında İranın ideoloji nüfuzu getdikcə artmaqdadır. Məsələn; Türkiyə mediasında ələvilərlə və bir sıra solçu qruplarla bağlı görülən fəaliyyətlər, təbliğatların İranın lehinə aparıldığını görürük.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran çox böyük dövlətdir və neçə minillik dövlətin gücü sarsılmaz bir gücdür: "Amma biz 12 günlük İsrail İran savaşında gördük ki, bütün bunlar təbliğatdan o tərəfə keçmir və hamısı saxtadır. Hamısı təbliğatdır. İranın ideoloji mahiyyəti artıq çökmək üzrədir. Bu ideoloji mahiyyət çökdükcə, onun siyasi, sosial parçalanmasına şahid oluruq. İnsanların dini inancı aparılan yanlış ideoloji siyasətə görə artıq bir uçurumla üz-üzədir. Yəni insanlar artıq heç nəyə inanmır. Məsələn, Allaha inanmaq və yaxud nəyəsə inanmaq bir kənara, artıq artıq heç nəyə inanmırlar. Hətta insanların insanlığını da onların əlindən almağa çalışırlar. Bu təbliğatlar üzərində qurulmuş oyunlar heç də mövcud rejimin güclü olmasını ortaya qoymur. Onların apardıqları fəaliyyətləri təhdidkar və işğalçı mahiyyətdədir, həm də dolayı yolla Türkiyəyə yönəlmiş bir fəaliyyətdir. Yəni çalışırlar ki, bu təhdidləri elə bir şəkildə ortaya qoysunlar ki, Azərbaycan və Türkiyə arasında yeni münasibətlər sisteminin formalaşmasına da maneə törətsinlər. Bunun da fərqində olmaq lazımdır. Eyni təbliğatı Azərbaycana qarşı Rusiya, rəsmi Moskva aparır. Səbəblər bəllidir və bu səbəblərin içində ən önəmlisi bundan ibarətdir ki, Azərbaycan dövləti güclənir. Bu da faktdır, iddia deyil. Güclənən Azərbaycan dövləti tarixi ədaləti bərpa edib və sürəcin davamlılığında maraqlıdır. Bütün bunlar yeni güc balansını formalaşdırır və Azərbaycanın belə bir gücə çatması fars molla rejimi üçün təhdid qaynağı hesab olunur".

Sadiq İsabəyli

Sadiq İsabəylinin fikrincə, SEPAH-i Pasdaran və ona bağlı terror şəbəkələrinin vasitəsi ilə, fars şiəçiliyini təbliğ edənlərin vasitələri ilə Azərbaycanda bir sıra fəaliyyətlər də aparmağa çalışırlar: "Bu fəaliyyətlərə Moskvada yaşayan, Rusiyada yaşayan insanlar da daxil ola bilər. Yəni orada yaşayan Azərbaycan vətəndaşları və yaxud başqa ölkələrin vətəndaşları, amma məzhəb olaraq şiə məzhəbinə meylli olanlar fars molla rejiminin ideoloji təbliğatının ətrafında toplaşa bilər. Rejim illərdir ki, bu prosesin icrasına cəhd göstərir və onları təlimatlandırır".

Sadiq İsabəyli hesab edir ki, SEPAH-i pasdaranın Azərbaycana qarşı bu açıq hədəsinə həm də Putin rejimi şəraiti yaradır: "Eyni zamanda bir sıra ideoloji beyinləri yuyulmuş adamlar da Azərbaycana qarşı təhdidkar fəaliyyətlər həyata keçirə bilərlər. Səbəb də odur ki, bu regionda güclü dövlətin, sülhün və sabitliyin tərəfdarı deyillər".

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri