Icma.az
close
up
RU
Bəzi tibbi ləvazimatlar “apteçka”dan çıxarılmalıdır PROFESSOR HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Bəzi tibbi ləvazimatlar “apteçka”dan çıxarılmalıdır PROFESSOR HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə illər əvvəl qəbul edilən qərarlar dövr keçdikcə yenilənmədiyi üçün bəzi qanunlardakı əksik tərəflər vətəndaşların narazılığına səbəb olur. Məsələn, sahibkarlıqla bağlı, bazar iqtisadiyyatı ilə bağlı 1998-ci ildə qüvvəyə minən qanunlar bu gün bir sıra sahibkarların müxtəlif maxinasiyalarla məsuliyyətdən yayınaraq vətəndaşların cibinə girməsinə gətirib çıxarır. Mütəxəssislər belə qərarlarla bağlı dəyişikliklərin mütləq olduğunu vurğulayır. Onların fikrincə, gecikən dəyişikliklər təkcə vətəndaşlara yox, ölkə büdcəsinə də ziyan vurur.

Bununla yanaşı Azərbaycanda 9 sentyabr 2019-cu ildə Nazirlər Kabinetinin 399 nömrəli qərarı ilə sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olması, onların kompklektləşdirilməsinin təmini təsdiq edilib. Təsdiq edilən sənəddə bir sıra dərman vasitələri və tibbi ləvazimatların, eləcə də 1 ədəd odsöndürən balon və qəza dayanma nişanı ilə bağlı qeydlər də var. Lakin bu gün ölkə ərazisində bəzi dərman vasitələrinin tapılması müşkülə çevrilib.\

Xüsusi dərman qutusunda adları qeyd olunan dərman vasitələrinə, eləcə də ləvazimatlara görə sürücülər postlarda yoxlanılır. Sürücülərin Avtosfer.az-ın sosial şəbəkə hesablarına qeyd etdikləri şikayətlərdə bildirilir ki, xüsusi dərman qutusunda olmayan dərman vasitələri və tibbi ləvazimatlara görə onlar cərimə olunur. Mütəxəssislər məsələnin yalnız 2 həll yolunu vurğulayır: 1) Nazirlər Kabinetinin qəbul etdiyi qərardakı siyahıda dəyişiklik; 2) dərman təminatçısı olan, anbara sahib şirkətlərin siyahıdakı dərman və ləvazimatının təmin edilməsində tələsdirmək və daimiliyini təmin etmək.

Məsələ ilə əlaqədar tibb tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində siyahıda qeyd olunan dərman vasitələrinin hər biri lazım ola bilər:

“Lakin bir şeyi nəzərə almaq lazımdır ki, hansısa təxirəsalınmaz bir durumda, bir magistralda ciddi avtoqəza baş veribsə, sürücünün atmalı olduğu müəyyən vacib addımlar var. Bunlar, əgər varsa, qanamanı dayandırmaq, yəni xüsusi dərman qutusunda “jqutlar” olmalıdır. Pambıq, bint və sairə kimi sarğı materialı da mütləqdir. Betadin məhlulu, immobilizasiyaedici şinalar və yod törəmələri də ən vacib təmin olunası ləvazimatlardandır. Yod özü olmamalıdır. Qeyd etdiklərim kifayət edir ki, qəzalar zamanı ilkin yardım üçün sürücüyə kifayət etsin. Bu siyahıda ağrıkəsicilər qeyd olunub. Dünyanın hər yerində ağrıkəsicilər xüsusi şprisdə saxlanılan narkotik analgetiklər olaraq qəbul edilir. Belə tibbi ləvazimatlar döyüş zonalarında xidmət edən əsgərlərə xüsusi mühafizə çantasında verilir. Mən düşünürəm ki, ağrıkəsicilərin “apteçka”da olması önəm kəsb eləmir. Onsuz da, hadisə yerinə dərhal təxirəsalınmaz tibbi yardım avtomobili yaxınlaşır, qəzada xəsarət alanlara hadisə yerində, yaxud xəstəxanaya apararkən yolda belə müdaxilələr avtomobildə olanda belə edilir. Siyahıda nitroqliserin tərkibli həblər qeyd edilib. Bu dərman vasitəsinin siyahıda olması ümumiyyətlə lazım deyil. Ona görə ki, ürək-damar xəstəsi olan şəxslər, onsuz da, bu tərkibdə dərmanları öz üzərlərində gəzdirirlər. Amma sağlam insana ola bilər ki, o dərman 10 ildə 1 dəfə lazım ola, ya olmaya. Mən düşünürəm ki, bu siyahıda optimallaşdırma işləri görülməlidir. Əsas məsələ bu xüsusi dərman qutusunun sərin yerdə saxlanması və vaxtaşırı içərisinin yoxlanmasıdır ki, bu dərmanların istifaəd müddəti də bitməsin, xarab olmasın və sairə. Bütün bu sadaladıqlarım dünya təcrübəsindən nümunədir. Çünki dünyanın inkişaf etmiş ölkələrində qəza yerinə dərhal təcili yardım avtomobili yaxınlaşır. Bu bəzi ölkələrdə helikopter də ola bilir”.

Mövzu ilə bağlı saytımıza müsahibəsində nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, qeyd olunan problemlərlə sürücülər tez-tez rastlaşır:

“Mənim başa düşmədiyim odur ki, qəbul edilən siyahıda “Analgin”in nə işi var? Bu dərman vasitəsi lazımi şəraitdə saxlanmadıqda tez müddətdə xarab olur. Avtomobildə təmin edilməli olan xüsusi dərman qutusu ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Düşünürəm ki, siyahıda uzun müddət saxlanıldıqdan sonra zəhərlənmə verə bilən ləvazimat və dərmanlar ümumiyyətlə siyahıdan çıxarılmalıdır. Azərbaycan kimi isti ölkələrdə bu qədər ağır xüsusi dərman qutusuna gərək yoxdur, qutunun içərisindəkilər azaldılmalı, ən vacibləri saxlanılmalıdır. Yaxud ən əlçatan olanlar”.

Dərmanların təminatı ilə bağlı “Darçın” apteklər şəbəkəsinin nümayəndəsi sorğumuza cavab olraq bildirdi ki, şəbəkə xaricdən dərman təşkili ilə məşğul deyil:

“Biz təminatçı, logistik şirkət deyilik. Malları depodan götürürük. Dərman vasitələrini götürdüyümüz depoya məhsul gəlməyibsə, biz də o məhsulun satışını edə bilmirik. Məsələ ilə yalnız depo sahibi olanlar açıqlama verməlidir. Biz də səbəb soruşanda, ya müqavilənin başa çatdığı, ya da istehsalın dayandığı bildirilir”.

Nümayəndənin dediyi kimi, depo sahibi olan şirkətlərlə - “Avromed Company” QSC və “Zeytun Pharmaceuticals” ilə əlaqə saxlamağa çalışdıq. Hər iki şirkət rəsmi səhifə və sosial şəbəkə hesablarındakı nömrələri əlaqə nömrəsi kimi yox “bəzək rəqəmlər” kimi yazdığı üçün əlaqə cəhdlərimiz uğursuzluqla nəticələndi. Belə şirkətlərin media təmsilçiləri, eləcə də rəhbərlikləri ümumiyyətlə mətbuatdan gizləndiyi üçün bütün müraciətlərimiz cavabsız qaldı.

Mütəxəssislər qeyd edir ki, inkişaf etmiş ölkələrdə bu məsələlər sürücülərin hüquqlarının müdafiəsi çərçivəsində həll edilir. Dövlətlər farmaseptika şirkətlərinin ölkə qanunvericiliyinə əməl etməyini müxtəlif vasitələrlə təmin etməkdə maraqlıdır. Sürücülərin hüquqlarının müdafiəsi çərçivəsində eyni situasiyanın ölkəmizdə də yaradılması, uzun illər əvvəl təsdiqlənən sənədlərdə dəyişikliklər edilməsi mütləqdir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri