Icma.az
close
up
RU
Bəzi tövsiyələr yuxusuzluğu artıra bilər

Bəzi tövsiyələr yuxusuzluğu artıra bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

Yaxşı yuxu sağlamlıq üçün vacibdir. Bu, ürək-damar sistemini və beynin fəaliyyətini gücləndirir. Ona görə də insanların əksətiyyəti yuxusunu yaxşılaşdırmaq üçün “yuxu gigiyenası” qaydalarına əməl etməyə çalışır. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, tövsiyə olunan bəzi məsləhətlər yuxusuzluğu daha da artıra bilər.

AZƏRTAC www.sciencealert.com saytına istinadla xəbər verir ki, yuxu terapevtlərinin sözlərinə görə, ən çox rast gəlinən beş səhv bunlardır:

Yataqda daha çox vaxt keçirmək. Belə ki, yuxu gəlmədikdə tez yatmaq və ya səhər gec qalxmaq cəhdləri vəziyyəti ağırlaşdırır. Bu, beynin “yataq - yuxu” əlaqəsini pozur. Bu səbəbdən yataqda vaxtı məhdudlaşdırmaq və hər gün eyni vaxtda oyanmaq faydalıdır.

Ekranlardan tam imtina etmək. Araşdırmalara görə, mavi işıq melatonini azalda bilər. Amma ekranı tamamilə qadağan etmək də çıxış yolu deyil. Çünki qaranlıqda fikirlər daha çox artır və yuxusuzluğu gücləndirir. Ən yaxşısı sakitliyi seçmək və “gecə rejimi”ndən istifadə etməkdir.

Kofeini tam kəsmək. Hamının orqanizmi kofeini eyni sürətlə parçalamır. Bəzi insanlar üçün səhər qəhvəsi gün ərzində ritmi sabitləşdirir. Ona görə də qəhvəni günün gec saatlarında içməmək kifayətdir.

Yuxunu “mükəmməlləşdirməyə” çalışmaq. Yuxunu izləyən cihazlar, xüsusi yataq dəstləri və “yuxu spreyləri” insanı daha da narahat edə bilər. Nəticədə “ortosomniya” deyilən vəziyyət yaranır. Yuxu orqanizmin təbii funksiyasıdır, onu məcbur etmək mümkün deyil.

Hər gecə eyni qədər yatmağa çalışmaq. Yuxu həyat tərzindən və şəraitdən asılı olaraq dəyişir. Hər gecə eyni nəticə gözləmək, sadəcə, əsassız təzyiq yaradır.

Mütəxəssislər bildirirlər ki, yuxusuzluq insanın günahı deyil və “sadəcə rahatla” məsləhəti problemin həll yolu deyil. Elmi sübuta əsaslanan üsullar mövcuddur. Məsələn, Koqnitiv Davranış Terapiyası (CBT-I) və yeni dərmanlar bu sahədə təsirli hesab olunur. Yuxusuzluq geniş yayılmış problemdir, amma müalicə mümkündür. Əsas odur ki, insanlar səhv məsləhətlərə inanmasınlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri