Icma.az
close
up
RU
İsti hava bəzi dərmanların təsirini artıra bilər TƏDQİQAT

İsti hava bəzi dərmanların təsirini artıra bilər TƏDQİQAT

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 iyun, AZƏRTAC

Yay aylarında artan temperatur yalnız narahatlıq yaratmır, həm də bəzi dərmanların bədəndə yaratdığı təsirləri dəyişərək sağlamlıq risklərini artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə antidepresan, antipsikotik, ürək dərmanları, stimulyatorlar və insulin istifadə edən şəxslər yayda daha ehtiyatlı olmalıdır.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, bədən öz temperaturunu əsasən tərləmə, qan dövranı və maye balansı vasitəsilə tənzimləyir. Lakin bəzi reseptli dərmanlar bu mexanizmlərə müdaxilə edir. Məsələn, antidepresanlar (SSRI və TCA) tərləməni azalda və ya artıra, antipsikotiklər isə bədənin istiliyi hiss etmə və ona reaksiya vermə qabiliyyətini zəiflədə bilər. Nəticədə, bu dərmanları qəbul edənlər isti havada özlərini rahat soyuda bilmirlər.

Ürək dərmanları və insulin daha böyük risk yarada bilər. İstilik beta-blokerlər və diuretiklər kimi ürək dərmanlarının təsirini artıraraq, susuzlaşma və aşağı qan təzyiqi kimi problemlərə səbəb ola bilər. İnsulin isə isti havada daha sürətlə qana sorularaq qan şəkərinin kəskin düşməsinə, hipoqlikemiyaya yol aça bilər.

Stimulyatorlar maddələr mübadiləsini və bədən istiliyini artıraraq, yayda daha sürətli dehidrasiyaya və istilik vurmasına səbəb ola bilər. Bəzi hallarda istifadəçilər yorğunluğu hiss etmədikləri üçün təhlükəli halların vaxtında fərqinə varmırlar.

Həkimlər və əczaçılar dərman qəbul edən şəxslərə aşağıdakıları tövsiyə edirlər:

• Dərmanları sərin və quru yerdə saxlayın, istilikdən qoruyun,

• Bol maye qəbul edin (həkimin dediyi hallar istisna olmaqla),

• Günün ən isti saatlarında açıq havada olmaqdan çəkinin,

• Başgicəllənmə, qarışıqlıq, həddindən artıq tərləmə kimi istilik xəstəliklərinin əlamətlərinə diqqətli olun,

• Dərman qəbulunu yalnız həkimlə məsləhətləşərək dəyişdirin.

Xroniki xəstəlikləri olan şəxslər, yaşlılar və bir neçə dərmanı eyni anda qəbul edənlər üçün risk daha yüksəkdir. Yayda sağlam qalmaq üçün profilaktik tədbirlərə əməl etmək həyati əhəmiyyət daşıya bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri